Agentlik çörəklə bağlı yayılan xəbərə münasibət bildirdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan bəzi çörəklərin xəmirinin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib.
AQTA-dan bildirilib ki, qlüten dənli bitkilərdə, xüsusilə də buğdanın tərkibində olan elastik protein qrupundan olan zülaldır. Qida məhsullarının tərkibində istifadə etmək üçün heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Dad, qoxu və ləzzət baxımından xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.
Buğda, çovdar, arpa, yulaf kimi dənli bitkilərin çoxunun tərkibində olan qlüten daha çox çörək hazırlayarkən istifadə olunur.
Agentlikdən bildirilib ki, qlüten bitki mənşəli olduğundan insan orqanizminə faydalıdır. Əksər insanlarda qlüten mədə-bağırsaq tərəfindən asanlıqla mənimsənilir. Lakin bəzi insanlarda qlütenə qarşı həssaslıq müşahidə edilir. Belə insanlara çölyak xəstəliyi diaqnozu qoyulur və absorbsiya pozuntuları ilə müşayət olunur:
“Yəni qidalanarkən qəbul olunan qida elementləri bağırsaqlar tərəfindən mənimsənilmir. Nəticədə orqanizmin immun sistemi zəifləyir, bir sıra xəstəliklərin yaranmasına və xroniki hala keçməsinə səbəb olur. Bundan başqa qlütenə qarşı həssaslıq göstərən orqanizmlərdə şişkinlik, qəbizlik, inkişafdan qalma, bir sıra dəri xəstəlikləri, yorğunluq müşahidə olunur”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi marketlərində 9 manat 80 qəpiyə və 8 manat 90 qəpiyə üzərinə "qlütensiz çörəklər" satılır. Adi çörəkdən fərqlənməyən bu çörəklərin məhz qlütenə görə baha satıldığı deyilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















