İstixanada orqanik pomidor yetişdirilir
Ağdaşlı fermer alıcı sarıdan korluq çəkmədiyini deyir
Ağdaşlılar işləyən adamlardır. Rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Aşağı Zeynəddin kəndinin sakinləri də əllərinin qabarına, alınlarının tərinə güvənirlər. Gördükləri iş, çəkdikləri əziyyət də bəhrəsiz qalmır, dolanışıqdan korluq çəkmirlər.
Kənd camaatının vaxtilə əsas məşğuliyyəti heyvandarlıq olub. Sonradan tərəvəzçiliyə üstünlük verməyə başlayıblar. Buradakı həyətyanı təsərrüfatların əksəriyyətində istixana görmək mümkündür. Həmin istixanalara üzü yaza şitil vurulur və bazara təzə-tər xiyar və pomidor məhsulları çıxarılır.
Kənd sakini Ətraf Səmədov özünə aid pay torpağında 3 il əvvəl müasir istixana yaradıb. Bir hektarda 33 istixana quraşdırıb. Burada əsasən pomidor, müəyyən qədər də xiyar yetişdirir. Keçən mövsüm sahibkar üçün düşərli olmadı. Xəstəlik baş verdiyindən məhsul bara dolan vaxtı kütləvi şəkildə tələf oldu. İstixanalardakı şitillər də yandı.
Bununla belə, fermer ümidsiz deyil. Deyir ki, hər pis işdə bir xeyir də var: "Ötən mövsüm yandıq, bu dəfə əvəzini çıxacağıq”.
Onun sözlərinə görə, məhsul yerli bazarda realizə olunmaqla yanaşı, Rusiya Federasiyasına da ixrac edilir. Ümumilikdə alıcı sarıdan korluq yoxdur.
Təsərrüfatda əsasən Hollandiya sortlu "Ralli” və "Makiyaj” pomidorları yetişdirilir. Dekabrın əvvəlində əkin aparılıb. Mart ayının ortalarına məhsulun yetişməsi gözlənilir. Onu da qeyd edək ki, Ə.Səmədov əsasən orqanik məhsul yetişdirir.
İstixana kompleksində daimi işçi 3 nəfər olsa da, mövsümi işlər zamanı əlavə işçilər də cəlb edilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
5 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























