Beynəlxalq Bank 2018-ci ilin maliyyə nəticələrini elan etdi
zərbaycan Beynəlxalq Bankı 2018-ci ili 425,8 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, son iki ildə müsbət inkişaf dinamikasına nail olan bank ili uğurlu nəticələrlə başa vurub.
31 dekabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7.9 milyard manat təşkil edib. İl ərzində gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər sayəsində bankın kapital mövqeyi daha da möhkəmlənib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2018-ci ildə də artaraq 982 milyon manata çatıb. Kapital adekvatlığı isə 17%-dən 32%-ə yüksəlib.
Hesabat dövründə bankın kredit portfeli 8%-dən çox artaraq 1.9 milyard manat olub. Bank tərəfindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verilib.
Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində görülən işlər il ərzində bankın mənfəətliliyinə də müsbət təsir göstərib. Azərbaycan Beynəlxalq Bankı 2018-ci ili 425,8 milyon manat xalis mənfəətlə başa vurub.
Ötən illərdə dövlət tərəfindən Bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində aparılmış maliyyə əqdlərinin nəticələri çıxılmaqla, Bankın əməliyyat fəaliyyətindən əldə etdiyi xalis mənfəət 200 milyon manat ətrafındadır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankda yenilənmə və inkişaf proseslərinin davam etdirildiyini bildirib: “Müasir dövlət bankı olaraq iqtisadiyyatın müxtəlif seqmentlərində görülən işlərə dəstək olmağa çalışırıq. Hazırda üzərində işlədiyimiz bir çox layihələrimiz var. Ölkədə innovativ ödəniş sistemlərinin və nağdsız ödənişlərin inkişafında Azərbaycan Beynəlxalq Bankının ənənəvi olaraq xüsusi rolu olub, yeni məhsul və xidmətlərimizlə bu sahədə fəaliyyətimizi genişləndirəcəyik. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən biznes qurumları, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə öz layihələrini uğurla reallaşdırmaq üçün dəstək olmaqda davam edəcəyik.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 32 d. əvvəl
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
















.jpg)



