5 min hektarda 2 böyük aqropark yaradılır
Şabran rayonu ərazisində 5 min hektara yaxın ərazini əhatə edən 2 böyük aqropark yaradılır.
Bunlar rayonun Udulu kəndində yaradılan “Şabran Aqrokompleks”, digəri isə Şabran şəhəri, Çölquşçu kəndi, eləcə də Uzunboyad, Rəhimli, Dəvəçi inzibati ərazi dairələrini əhatə edən “Çıraqqala Aqroparkı”dır.
Udulu kəndi ərazisində 1770 hektar ərazidə yaradılan “Şabran Aqrokompleks”də 200 işçi çalışacaq. Artıq infrastruktur işləri yekunlaşıb, 1500 hektar sahədə 18 ədəd pivot suvarma sistemi quraşdırılıb. Aqrokompleksdə yaz əkininə hazırlıq işləri aparılır və bütün ərazidə şum işləri yekunlaşıb.
Bağçılıq və tərəvəzçiliyin inkişafı məqsədilə 3 min 20 hektar sahədə yaradılan “Çıraqqala Aqropark”da da hazırda yaz tarla işlərinə hazırlıq görülür, 500 hektardan çox sahə şumlanıb. Aqroparkda 500 hektar sahə üçün pivot suvarma sistemi sifariş olunub, 2 min 500 hektar sahədə isə meliorativ qurğuların tikintisi yekunlaşıb. “Çıraqqala Aqropark”da 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirmişdi ki, ümumiyyətlə, 51 aqropark və iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Artıq yaradılan 17 aqroparkın ümumi sahəsi 104 min hektardır.
“Bütün aqroparkların əhatə etdiyi sahə təqribən 200 min hektara yaxın olacaq. İndi 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait nəzərdə tutulur. Onların istehsal edəcəyi məhsullar, indi təxmini hesablamalar göstərir ki, təqribən 800 milyon-1 milyard manata yaxın olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulamışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)








.jpg)






