"Amazon" elektrikli avtomobil istehsalçısı "Rivian"a investisiya qoydu
Texnologiya nəhəngi "Amazon", elektrikli avtomobil istehsalçısı "Rivian"a 700 milyon dollar sərmayə qoyduğunu bildirib. Bu sərmayənin, "Rivian"ın Los-Anceles avtomobil sərgisində konsepsiya olaraq təqdim etdiyi elektrikli SUV və "pick-up" modellərin seriya istehsala keçidini sürətləndirəcəyi qeyd edilib.
"Marja" xəbər verir ki, hər iki modelin də 2020-ci ilin sonunda satışa təqdim edilməsi hədəflənir. "Rivian"ın digər iri investorları arasında Yaponiyanın "Sumitomo" və Səudiyyə Ərəbistanının sənaye qrupu "Abdul Latif Jameel" da var.
İNVESTİSİYA BİR DÖNÜŞ NÖQTƏSİ OLACAQ
Məsələyə dair açıqlama verən "Rivian"ın təsisçisi və İcraçı direktoru RJ Scaringe, "Amazon-un investisiyası şirkətimiz üçün bir dönüş nöqtəsi olacaqdır" deyib.
"Rivian"ın qısa bir müddət əvvəl sərgiyə çıxardığı elektrik modelləri 650 kliometrə qədər mənzilə malikdir. 2.6 ton çəkiyə malik "pick-up" modelinin 0-dan 100 km/saat sürətə 3 saniyədə çıxdığı bildirilir.
Avtomobillərin ABŞ qiymətinin 65 min dollardan başlayacağı bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























