Mərkəzi Bank qalib bankların adlarını açıqladı
Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan etmiş və qalib bankları mükafatlandırmışdır.
Tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev tərəfindən qeyd olundu ki, ölkədə nağdsız ödənişlərin inkişafı Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən biridir və bu istiqamətlərdə Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, aidiyyatı dövlət qurumları, bank sektoru ilə birlikdə davamlı tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.
Rəqəmsal ödənişlərin genişləndiriılməsi istiqamətində Mərkəzi Bankın bank sektoru ilə həyata keçirtdiyi layihələr, apardığı davamlı islahatlar statistik məlumatlarda da öz təsdiqini tapır. Belə ki, 2018-ci ildə banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 31% artaraq 274 mlrd.manat (ÜDM-in 3.4 misli), kart dövriyyəsində nağdsız ödənişlərin həcmi isə 17% təşkil etmişdir. 5 il əvvəl bu göstərici 6% olmuşdur. Elekton bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18.7 dəfə artaraq 36.4 mlrd. manat, əməliyyatların sayı isə 7 dəfə artaraq 10.4 mln. ədəd təşkil etmişdir.
Qeyd olunan bu göstəricilər onu deməyə əsas verir ki, ölkədə nağdsız ödənişlərin inkişafı, əhalinin maliyyə savadlılığının artırılması, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.
O, həmçinin rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək verən ölkə başçısı Prezident İlham Əliyevin 2018-ci ilin senytabr ayında imzaladığı “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı diqqətə çatdıraraq qarşıya qoyulmuş yeni hədəflər və Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.
Mükafatlandırma tədbirində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirdi ki, qlobal trendlər onu göstərir ki, dünyada bankçılıq fəaliyyətində rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox sürətli proseslər gedir. Nağdsız iqtisadiyyatın inkişafı bank-maliyyə sektorunun dayanıqlığı və onun resurs bazasının gücləndirilməsi deməkdir. Bu da öz növbəsində xərcləri azaltmaqla banklar tərəfindən göstərilən xidmətlərin əlçatanlığını artırır, onların investisiya imkanlarını genişləndirir və iqtisadiyyata kredit qoyuluşlarının artımını sürətləndirir.
Məlumdur ki, bu istiqamətdə ölkəmizdə də genişmiqyaslı işlər aparılır. Dövlət Proqramı ölkənin nağdsız iqtisadiyyata transformasiyasının yeni və daha sürətli mərhələsinin başlanğıcını qoydu. Yüksək səviyyədə hazırlanmış olan bu Dövlət Proqramı ölkədə rəqəmsal ödənişlərin institusional mühitinin təkmilləşdirilməsi, bank sisteminin canlandırılması-sağlamlaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması, eləcə də bu sahədə maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi istiqamətləri üzrə çox geniş əhatəli, çoxsaylı prioritetləri özündə birləşdirir. Dövlət Proqramının həyata keçirilməsində Azərbaycan Banklar Assosiasiyasına da bir sıra tədbirlərin icrasında iştirak tövsiyə edilmişdir ki, bu tədbirlərin reallaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.
Tədbirin sonunda 2018-cı ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 5 nominasiya üzrə aşağıdakı qalib banklar mükafatlandırılmışdır:
“POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
I yer “Premium Bank” ASC;
II yer “Paşa Bank” ASC;
III yer “ACCESSBANK” QSC.
“Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyası üzrə:
I yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;
II yer “UNİBANK KB” ASC;
III yer “Kapital Bank” ASC.
“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:
I yer “AGBank” ASC;
II yer “UNİBANK KB” ASC;
III yer “Expressbank” ASC.
“Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə:
I yer “Expressbank” ASC;
II yer “Naxçıvanbank” ASC;
III yer “Paşa Bank” ASC.
“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə;
I yer “Paşa Bank” ASC;
II yer “Expressbank” ASC;
III yer “AtaBank” ASC.
Mərkəzi Bank Strateji Yol Xəritəsi və Dövlət Proqramı ilə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Banklar Assosiasiyası və banklarla birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində əlaqəli fəaliyyətini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 32 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























