Rusiya şirkəti Azərbaycanda iki böyük ticarət şəbəkəsi razılaşıb - DƏNİZ MƏHSULLARI GÖNDƏRƏCƏK
Rusiyanın "Boqatıy ulov" şirkəti Azərbaycanda iki böyük ticarət şəbəkəsinə dəniz məhsullarının tədarükü barədə razılığa gəlib. Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
"İvanovsk vilayətində fəaliyyət göstərən ixracyönümlü şirkətlər Azərbaycana həyata keçirilən biznes-missiyada iştirak edib. Bakıda İvanovsk regionunun məhsullarında maraqlı olan şirkətlərlə B2B formatında danışıqlar aparılıb. İşgüzar səfər "Moy biznes" Mərkəzi tərəfindən təşkil edilmişdi.
Xüsusilə balıq və dəniz məhsullarının emalı ilə məşğul olan "Boqatıy ulov" şirkəti Azərbaycanda iki iri ticarət şəbəkəsi ilə danışıqlar aparıb. "Moy biznes" Mərkəzinin rəhbəri Aleksandra Zinovyevanın sözlərinə görə, görüş uğurlu keçib, tərəflər tədarükün qiymətini razılaşdırır",- məlumatda deyilir.
Nümayəndə heyətinin tərkibinə "LesTorq", "Alba-S", "Arteks" müəssisələrinin nümayəndələri daxil olub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Tibbi geyim və sarğı materialı istehsal edən "Alba-S" və "Arteks" şirkətləri tibbi məmulatların iri tədarükçüsü, eləcə də səhiyyə sahəsi üzrə nümayəndələrlə danışıqlar aparıb. Taxta-şalban istehsalı ilə məşğul olan "LesTorq" şirkətinin məhsulları da Azərbaycan şirkətləri arasında böyük maraq doğurub”, - deyə məlumatda vurğulanır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























