Bakı İcra Hakimiyyətinin nümayəndələri əhali ilə görüşlər keçirəcək - CƏDVƏL
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü ilə aprelin 24-dən əhali ilə görüşlərə başlanılacaq.
Bu barədə “Marja”ya BŞİH-dən məlumat verilib.
Bildirilib ki, paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcək.
Qeyd olunub ki, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunan qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində təşkil olunacaq.
Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.
2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açiq qapı” tədbirlərinin yeri və ünvanı aşağıdakı cədvəldə verilib:
№ | Rayonun adı | Görüşün tarixi və vaxtı | Keçirilmə yeri |
1 | Nərimanov rayonu | 24.04.2019 16:00-20:00 | Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22 |
2 | Xəzər rayonu | 26.04.2019 16:00-20:00 | Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi |
3 | Xətai rayonu | 29.04.2019 16:00-20:00 | Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23 |
4 | Sabunçu rayonu | 01.05.2019 16:00-20:00 | Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72 |
5 | Binəqədi rayonu | 03.05.2019 16:00-20:00 | Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10 |
6 | Yasamal rayonu | 05.05.2019 11:00-15:00 | Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8 |
7 | Nizami rayonu | 07.05.2019 16:00-20:00 | Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28 |
8 | Nəsimi rayonu | 11.05.2019 15:00-19:00 | Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112 |
9 | Suraxanı rayonu | 13.05.2019 16:00-20:00 | Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3 |
10 | Qaradağ rayonu | 15.05.2019 16:00-20:00 | Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23 |
11 | Səbail rayonu | 17.05.2019 16:00-20:00 | Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16 |
12 | Pirallahı rayonu | 19.05.2019 11:00-15:00 | Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
1 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
2 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
3 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım



























