“Expresso Salary” istifadəçilərinin sayı artıb
(®) Hüquqi şəxslər üçün xidmət sahələrini davamlı olaraq artıran, Azərbaycanın aparıcı banklarından biri olan "Expressbank"ın əmək haqqı layihəsi “Expesso salary” istifadəçilərinin sayı son bir ildə 50% artıb.
2017 – ci ilin yanvar ayından başlayan bu layihə bankın korporativ müştərilərin əmək haqqı ödənişlərinin daha da təkmilləşdirilməsinə və rahat reallaşdırılmasına xidmət edir.
“Expresso Salary” özündə bir çox imkanları birləşdirən hüquqi şəxslərin və sahibkarların işçi heyətinə təqdim edilən əmək haqqı kartıdır. Kartın özündə birləşdirdiyi üstünlüklər onu bazarda oxşar layihələrdən fərqləndirir:
- Ölkənin bütün ATM-lərində komissiyasız nağdlaşdırma imkanı;
- Kartdakı qalıq məbləğə illik 3% gəlir;
- Kartla ödəniş zamanı məbləğin 30%-dək hissəsinin karta geri qaytarılması (cashback üstünlüyü);
- Əmək haqqının 50%-i həcmində avans kreditin alınması imkanı;
- Maaşın köçürülməsi haqqında pulsuz sms məlumatlandırma;
- 3D secure təhlükəsizlik imkanı;
Həmçinin “Expresso Salary” -ni əldə edən korporativ müştərilərə əməkdaşlarının sayından və dövriyyəsindən asılı olaraq individual xidmət paketləri təklif oluna bilər. “Expresso Salary” əmək haqqı layihəsi barəsində daha ətraflı məlumatı növbəti linkə keçid alaraq əldə etmək mümkündür: https://bit.ly/2vpOcNP
Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 11 d. əvvəl
- 30 d. əvvəl
-
36 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
14 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
14 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
15 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
15 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
Ən çox oxunanlar
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























