Apple-ın qorxduğu başına gəldi! Ticarət müharibəsi onu sarsıdacaq
ABŞ-ın Çinə tətbiq etdiyi gömrük vergisi faizini dünəndən etibarən 10%-dən 25%-ə yüksəltməsi, Apple-ın planlarını alt üst edib. Şirkət iPhone-ların istehsalı üçün Çin xaricindəki alternativləri düşünür. ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı paylaşdığı "tweet"dən bu yana Apple-ın bazar dəyəri 67 milyard dollar azalıb.
ABŞ Çin məhsullarına qarşı gömrük vergisi nisbətini 10 faizdən 25 faizə qaldırdı. 200 milyard dollarlıq məhsulları əhatə edən bu artım ən çox ağıllı telefon və kompüter başda olmaqla texnologiya məhsullarını "vuracaq". "Marja"nın məlumatına görə, 2018-ci ildən Çindən ümumilikdə 539 milyard dollarlıq mal idxal edən ABŞ-ın, Çindən ən çox aldığı məhsul cib telefonu və analoji məmulatlardır.
ABŞ-ın statistika təşkilatı "Census Bureau"nun 2018-ci il üçün məlumatlarına görə, bu kateqoriyada ABŞ-ın Çindən etdiyi illik idxal 72 milyard dollar səviyyəsindədir. Yalnız ağıllı telefon idxalı isə 44 milyard dollar səviyyəsindədir.
İkinci yerdə 47 milyard dollarla kompüter, üçüncü yerdə 34 milyard dollarla telekommunikasiya avadanlıqları, dördüncü yerdə 32 milyard dollarla kompüter aksessuarları və beşinci yerdə isə 28 milyard dollarlıq idxalla oyuncaq və oyunlar yer alır.
ABŞ-ın Çindən idxal etdiyi məhsulların ümumi dəyərinin 40%-ni texnologiya sahəsindən bu 5 məhsul qrupu təşkil edir.
"ABŞ", "Çin" və "telefon" kəlmələri bir araya gəldikdə ilk ağla gələn də heç şübhəsiz ki, Apple-ın iPhone-u olur. Məlum olduğu kimi Çində istehsal edilən iPhone, dünyanın dörd bir tərəfinə göndərilir. İndiyədək iPhone ABŞ ilə Çin arasındakı ticarət müharibəsindən çox təsir görməmişdi.
Ancaq ABŞ Prezidenti Donald Trampın yeni gömrük tarifi Apple-a ciddi təsir edəcək. Çünki artıq Apple məhsulları da 25%-lik yeni vergiyə tabe olacaqdır.
Hətta ötən aylarda Apple tədarükçüləri, 10 faizlik tarif nisbətində Çində istehsala davam edəcəklərini, ancaq nisbətin 25 faizə qalxması vəziyyətində Çindəki iPhone istehsalını başqa ölkələrə köçürə biləcəklərini açıqlamışdılar. Apple-ın, iPhone-dan başda iPad və Mac kimi cihazları da Çində Hon Hai və Pegatron tərəfindən istehsal edilir.
"Bloomberg" 25 faizlik gömrük tarifini "Apple-ın iPhone istehsalını Çindən çıxarmağı dəyərləndirəcəyi nöqtə" kimi səciyyələndirib.
RBC Capital-ın apardığı təhlilə əsasən, 25%-lik vergi, Apple-ın səhm başına mənfəətinin təxminən 2.5 dollar azalmasına səbəb olacaq.
Bir tərəfdən azalan iPhone satışları ilə mübarizə aparan Apple, bu halda istehsal üçün Çin xaricindəki sərfəli variantları tapmalıdır. Hər nə qədər istehsal xərcləri baxımından hələ də Çin üstünlüyünü qorusa da 25%-lik vergi Apple-ın xərclərini artırır.
Çinin ABŞ-a qarşı mümkün bir cavab tədbirlərini qiymətləndirən texnologiya araşdırma şirkəti "Moor Insights & Strategy"nin analitiki Mark Vena bildirib: "Bu, Apple üçün dağıdıcı ola bilər".
ABŞ ilə Çin arasında yenidən alovlanan bu son ticarət müharibəsindən sonra Apple-ın necə addım atacağı maraqla gözlənilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Üstəlik, 2019-ci ilin ilk rübündə qlobal ağıllı telefon bazarında ikinci yerini Çinin Huawei şirkətinə verən Apple-ın üçüncü yerinə də göz dikən digər Çinib Xiaomi, Oppo və Vivo kimi markaları ABŞ-lı rəqiblərilə aralarındakı fərqi getdikcə azaldırlar.
ABŞ Prezidenti Trampın keçən həftə yazdığı bir "tweet" ilə ticarət müharibəsi yenidən alovlanarkən, Apple-ın da səhm qiymətinin ötən həftədən bu yana təxminən 7 faiz gerilədiyini və şirkətin bazar dəyərinin son 5 gündə 67 milyard dollar itki ilə, 974 milyard dollardan 907 milyard dollar səviyyəsinə düşdüyünü də qeyd edək.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
23 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
36 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
38 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 41 d. əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
14 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
















.jpg)





