"Birinci rübdə 1,7 milyard manat verilib, bu, kifayət qədər böyük rəqəmdir"
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət göstərdiyi 3 ildən artıq müddətdə Azərbaycan banklarında 1,8 milyard manatdan çox kapital inyeksiyası həyata keçirilib.
Bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.
Onun sözlərinə görə, bunun 120 milyon manatı bu ilin I rübünün payına düşüb.
"Hələ Azərbaycanın bank tarixində mövcud hadisələrdən sonra kapitak adekvatlığı 20%-in üzərində olmamışdı. Sevindirici haldır ki, bu gün bank sektorunun kapital adekvatlığı 20,2%-dir. Bu, sektorun dayanıqlı olduğunu deməyə əsas yaradır. Təsadüfi deyil ki, “Moods” beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sisteminin kapital dayanıqlığı baxımıdnan regionda ən üstün ölkə kimi qiymətləndirib”, - deyə İ.Alışov əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycan bankları kreditləşməni sürətlə genişləndirib: “Təkcə bu ilin I rübündə banklar 1,7 milyard manat kredit verib. Bu, kifayət qədər böyük rəqəmdir. Banklarda əmanətlərin dollarlaşması da sürətlə azalmaqdadır”.
İ.Alışov həmçinin qeyd edib ki, I rübdə Azərbaycanda ümumi daxili məhsulun artımı ötən ilin eyni dörü ilə müqayisədə 3%, o cümlədən qeyri-neft sektorunun artımı 1,7% təşkil edib. Son 1 ildə ölkədə illik inflyasiyanın səviyyəsi isə 4%-dən 2%-ə düşüb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
48 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















