“MƏTANƏT A” şirkəti VI məzun-karyera sərgisində iştirak edib
(®0 Ölkənin əmək bazarında yeni iş yerlərinin yaradılmasında maraqlı olan və şirkət əməkdaşlarının sıralarını hər zaman yeni-yeni əməkdaşlar hesabına genişləndirən “Mətanət A” şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən tələbə və məzunlar üçün növbəti karyera sərgisində iştirak edib.
Şirkət bu ali təhsil ocağında artıq altıncı dəfə təşkil olunan sərgidə müxtəlif xarakterli 10-a yaxın vakansiya təqdim edib. Tələbə və məzunlar Azərbaycanın əmək bazarında yüksək səviyyəli iş şəraiti və adekvat əmək haqları təklif edən biznes strukturu kimi tanınan “Mətanət A” ailəsinə üzv olmanın üstünlükləri ilə tanış olub, iş təklifləri ilə yaxından maraqlanıblar. Şirkətin mütəxəssisləri sərgi iştirakçılarına vakansiyalarla bağlı ətraflı məlumat veriblər. “Mətanət A” şirkətində işləmək arzusunda olan gənclər elə sərginin gedişi sırasında işə qəbulla bağlı doldurduqları anket və CV-lərini “Mətanət A” şirkətinin İnsan Resursları Departamentinin nümayəndələrinə təqdim ediblər. Sərgidə ümumilikdə 84 şirkət 591 vakant iş yeri təklif edib. Eyni zamanda, 262 təcrübə yeri təklif olunub.
Qeyd edək ki, "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulub və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl biznes strukturlarından birinə çevirib. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daim yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Karyeranızı dinamik inkişaf edən innovativ bir şirkətdə - “Mətanət A” da qurun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









