Trampdan Meksikaya qeyri-qanuni immiqrant vergisi
ABŞ Prezidenti Donald Tramp, qeyri-qanuni immiqrantların Meksika üzərindən ABŞ-a girişinin qarşısını ala bilmək üçün bu ölkəyə 5% gömrük vergisi qoyduqlarını açıqlayıb. Verginin hər ay daha 5% artırılacağını bildirən Tramp, Meksikanın qeyri-qanuni immiqrantları dayandırması halında bu verginin ləğv ediləcəyini bildirib.
ABŞ hökuməti, Latın Amerikalı qeyri-qanuni immiqrantların Meksika üzərindən ABŞ-a girişinin qarşısını ala bilmək məqsədilə bu ölkəyə 5% gömrük vergisi tətbiq edib.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vergi qərarını Twitter vasitəsilə açıqlayıb.
Trump açıqlamasında, "10 İyunda ABŞ, Meksikadan gələn bütün məhsullara 5% gömrük vergisinin tətbiqinə başlayacaq və bu, Meksika üzərindən ölkəmizə axan qeyri-qanuni immiqrantlar dayanana qədər davam edəcək. Bu gömrük vergisi, qeyri-qanuni immiqrant problemi həll edilənə qədər pilləli olaraq artacaq, həll edildiyində isə ləğv ediləcək" ifadələrini istifadə edib.
Latın Amerikası ölkələrindən gələn qeyri-qanuni immiqrantları dayandırmaq üçün Meksikanın heç bir şey etmədiyini iddia edən Tramp, hər ay verginin 5% artırılacağını və 1 Oktyabrda 25%-ə çatana qədər davam edəcəyini bildirib.
Tramp, Meksikanın qeyri-qanuni immiqrantları dayandırması halında bu verginin dərhal ləğv ediləcəyini bildirib.
Uzun müddətdir qeyri-qanuni immiqrantlar barədə şikayətlərini açıq dilə gətirən və ABŞ-Meksika sərhədinə divar hörülməsini istəyən Tramp, son günlərdə Meksika rəhbərliyinə istiqamətlənmiş üstüörtülü tənqidlərini artırmışdı.
Çərşənbə günü min ətrafında qeyri-qanuni immiqrant həbs edilmiş, Tramp rəhbərliyi bu cür sərhəd keçişlərinə mübarizə aparacaqlarını açıqlamışdı.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
32 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 37 d. əvvəl
-
-
43 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
48 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb





.jpg)












.jpg)






