Çimərliklərdə qiymətlər qalxıb
Havaların günü-gündən isti keçməsi çimərlik biznesinin canlanmasına səbəb olub. İstirahət üçün yüksək standartlara cavab verməyən çimərliklərimizin xidmət və dizaynında bir dəyişiklik edilməsə də, qiymətlər kəllə-çarxa qalxıb.
Məlumata görə, Mərdəkanda yerləşən “Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftəiçi 35 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 7-12 yaşa kimi uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar üçün isə həftəiçi giriş 50 manat, həftəsonu 70 manatdır. Qiymətdə ötən illə müqayisədə heç bir dəyişiklik edilməyib.
Nardaranda yerləşən “Sea Breeze hotel” qiymətlər həftənin bütün günü üçün 20 manatdır. Bura “lejanka”, çətir və dəsmal da daxildir.
Hövsanda yerləşən “Halikarnas Balıkçısı”na giriş 10 manatdır. Buraya dəsmal, “lejanka” və çətirli masa daxildir. Özünüzlə yemək və içki gətirməyə icazə verilmir. 6 yaşa qədər uşaqlara giriş pulsuz, 7-12 yaş uşaqlara isə 5 manatdır.
Bilgəh qəsəbəsində yerləşən “Amburan” çimərlik mərkəzində bu il qiymətlər daha da bahalaşıb. Həftəiçi giriş 30 manatdır. Həftəsonu isə 35 manat ödənilməlidir. 12 yaşadək və boyu 150 sm. olan uşaqlar üçün giriş pulsuzdur. Ötən il isə bazar ertəsi 20 AZN, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 23 AZN, həftəsonu isə 28 AZN idi. Bu qiymətə hovuz, dəsmal, adi “lejanka”, futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25-30 manat ödəməlidirlər.
“My Beach Novkhani”da böyüklər üçün giriş həftəiçi 20 manat, 5 yaşadək uşaqlara pulsuzdur. Həftəsonu isə giriş 25 manatdır. Bu qiymətə sadəcə dəniz kənarı daxildir. “Lejanka” istəsəniz, əlavə 5 manat ödəməlisiniz. “Bisetka”ların altında oturmaq istəyənlər 20, çətirlərdə isə 15 manat ödənilməlidir.
(Qeyd edək ki, bu məqalə Axsam.az saytına istinadən yayımlanıb. Məqalə yayımlandıqdan sonra “My Beach Novkhani”dan "Marja"ya bildirildi ki, "qiymətə sadəcə dəniz kənarı daxildir" məlumatı yanlışdır. Belə ki, qumlu dəniz sahilinə giriş tam pulsuzdur. Həftəiçi aquaparka giriş 20 manat, həftəsonu və bayram günləri isə 25 manatdır. 6-12 yaş uşaqlara isə giriş qiyməti standart olaraq 15 manatdır. 6 yaşadək uşaqlara isə giriş pulsuzdur. Qiymətlərə hovuzlardan, köşkdən (bisetka), stol-stuldan, atraksiyonlardan (uşaqlar və böyüklər üçün), dənizkənarı çətirlərlərdən, dalğa hovuzu və istirahət kürsülərindən (lejanka) istifadə daxildir.)
“Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 25 manatdır. Ötən illə müqayisədə qiymətlərdə ucuzlaşma var.
“Mambo beach club”da isə qiymətlər bahalaşıb. Həftəiçi giriş 25, həftəsonu isə 30 manatdır. Ötən il həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manat idi. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, “lejanka” daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir.
Uzağa getmək istəməyənlər şəhərin içində də hovuza girib, günəş vannası qəbul edə bilərlər. “Excelsior Hotel & Spa Baku”da həftəiçi qiymət 30 manatdır. Həftəsonu və bayram günləri isə 40 manat verib, hovuzda dincələ bilərsiniz.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Axsam.az"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















