Evinə və ofisinə lüks mebel və dizayn arzulayanlar üçün “DEMO Home” açıldı - FOTO - VİDEO
(®) Bakıda “ARAN İNTERİOR” mebel şirkətinin sayca üçüncü - “DEMO Home” mağazasının açılışı olub.
Bakının Nizami rayonunda, Babək prospekti 2222, 31D ünvanında yerləşən “DEMO Home” mebel şourumu 3 mərtəbədən ibarətdir.
3 min kvadratmetr sahəni əhatə edən şourumun sıfırıncı mərtəbəsində ofis mebellərinin, birinci və ikinci mərtəbəsində isə ev mebeli və aksessuarlarının satışı həyata keçirilir.
Müasir işıqlandırma sistemi və genişliyi ilə diqqət çəkən “DEMO Home” şourumunda müştərilərə həm klassik, həm də yenilikçi mebel trendlərinin ən son nümunələri sərgilənir.
Mağazada ayrı-ayrı otaqlar şəklində dizayn edilmiş göz oxşayan dizayn nümunələri müştərilərin özlərini evlərindəki kimi rahat hiss etməsinə hesablanıb. Müasirliklə klassikanın özünəməxsus harmoniyasının yaradıldığı mebel mağazası interyer həvəskarlarının zövqünü oxşamağa iddialıdır.
“DEMO Home” şourumunda sərgilənən mebellər dünyanın ən tanınmış brendlərinin istehsalıdır. “DEMO Home” mebel sənayesinin ən məşhur şirkətlərindən olan “Lutra”, “Ersa”, “Sit Dizayn”, “RYO Home”, “Fink Living”, “Danca”, “Uttermost” və s. məşhur brendlərlə partnyorluq edir.
Qeyd edək ki, “ARAN İNTERİOR” şirkəti bu günə qədər Azərbaycanda bir sıra tanınmış məkanların interyerini mebel və aksessuarlarla təmin edib. Bu sırada “Əmrahbank”ın baş ofisini, “Cafe City” restoranlar şəbəkəsini, “Nakhish” restoranını, “Karloff” zərgərlik mağazasını, “Technol” şirkətinin baş ofisini, “Ramada” hotelini, ADA Universitetinin yataqxanasını göstərmək olar. Şirkət hazırda Azərbaycan Beynəlxalq Bankının Bakı şəhərindəki ofislərinin və Lənkəranda yeni tikilmiş “Lankaran Springs” hotelinin interyerini hazırlayır.
“ARAN İNTERİOR” peşəkar memar kollektivi ilə ev, villa, ofis, restoran və hotellər üçün mebel, dekorasiya və açar təhvil xidməti göstərir. Şirkət eyni zamanda texniki infrastruktur layihələri, detal həlləri, material seçimləri, üçölçülü vizual təqdimat, icmal, kəşf və tətbiqi xidmətlərini göstərir.
Onu da bildirək ki, “ARAN İNTERİOR” şirkətinin Bakının Əhməd Rəcəbli küçəsi 205 ünvanında “Lutra” və Hüseyn Cavid prospekti 5 ünvanında “Lusso Vita” adlı iki mebel mağazası da fəaliyyət göstərir.
Əlavə məlumatları (+994) 12 515 4545 və (+994) 050 299 4545 nömrəli telefonlarla, eləcə də [email protected] elektron ünvanı vasitəsilə əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
59 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)



.jpg)






.jpg)






