Expressbank-ın "Yasamal" filialı ünvanını dəyişir
(®) Müştərilərə təqdim etdiyi geniş bank məhsulu və yüksək xidməti ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın "Yasamal" filialı ünvanını dəyişir.
Yeni mövsümdə müştərilərə daha çevik və rahat xidmət üçün filialda müasir xidmət sahəsi yaradılacaq. Yasamal rayonu, Həsən Bəy Zərdabi prospekti 92A ünvanında yerləşəcək yeni filial geniş əməliyyat zalına malik olacaq və bank işçiləri həm fiziki, həm də hüquqi şəxslərə yüksək xidmət göstərməkdə davam edəcək. Hazırda təmir işləri aparılan filialın sentyabr ayına açılışı nəzərdə tutulub.
Müvəqqəti olaraq isə müştərilərə bütün bank xidmətləri üzrə Bakı şəh., B.Vahabzadə küç., 5 (Bakı Dövlət Universitetinin yaxınlığında) ünvanında yerləşən "Elmlər" filialında xidmət göstəriləcək.
Digər filialların ünvanı və iş rejimi ilə bağlı Expressbank-ın rəsmi saytında tanış olmaq mümkündür. Link: https://www.expressbank.az/#locations
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















