Bakı Ali Neft Məktəbində “Cisco” Akademiyası açılacaq
Bakı Ali Neft Məktəbində (BANM) “Cisco” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
BANM-dan verilən məlumata görə, görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması olub.
Görüşdə “Cisco” şirkətinin Azərbaycan üzrə meneceri İbrahim Səidov, şirkətin ölkə üzrə İnnovasiya üzrə direktoru Ramil Eyyubov, şirkətin əsas partnyorlarından olan “AzNEXT”in baş direktoru Səməd Abbasov və şəbəkələr üzrə mütəxəssisi Emin Seyidov, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və kafedranın professor-müəllim heyəti iştirak edib.
Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib.
Rektor “Cisco” kimi nüfuzlu şirkət ilə əməkdaşlığı strateji maraq hesab edib. O, gələcəkdə BANM-də Cisco Şəbəkə Akademiyasının və təlim mərkəzinin açılmasının proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb.
“Cisco” şirkətinin Azərbaycanda İnnovasiya üzrə direktoru Ramil Eyyubov bildirib ki, şirkətin əsas istiqamətlərindən biri təhsil sahəsidir və şirkətin nümayəndələri ölkədə fəaliyyət göstərən BANM kimi nüfuzlu tədris müəssisəsi ilə əməkdaşlıq qurmağa maraqlıdır.
O qeyd edib ki, gələcəkdə BANM-lə qurulmuş əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələri avtomatika sahəsində peşəkar təlimçi kimi yetişdirə bilər.
Görüşdə həmçinin gənclərin innovasiya sahəsindəki startap ideyalarının dəstəklənməsi, zəruri laboratoriyaların qurulması, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik kimi məsələlər də müzakirə olunub.
Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib, daha sonra şirkət nümayəndələri Ali Məktəbin kampusu və yaradılmış şəraitlə yaxından tanış olublar.
Şəbəkə texnologiyaları üzrə qlobal brendlərdən sayılan “Cisco” şirkəti 1984-cü ildən fəaliyyət göstərir. Şirkətin dəstəyi ilə yaradılmış Cisco Akademiyalarında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








