Avropa mənfi faizdə batıb, xilas yolu tapılmır
Avropada iqtisadi artımı və inflyasiyanın yüksəlməsini dəstəkləmək üçün Avropa Mərkəzi Bankının depozit faizi mənfi səviyyədədir.
"Marja"nın məlumatına görə, mənfi faiz Avro Zonası üçün müvəqqəti bir tədbir olaraq düşünülmüşdü, ancaq beş ildir davam edən mənfi şərtlərə baxmayaraq, Avropa Mərkəzi Bankı (AMB) hazırda hədəflərinə çatmayıb və bəlkə də faizləri daha da aşağı sala bilər. Yaponiya, İsveçrə, İsveç və Danimarkada da faizlər, bir vaxtlar pul siyasəti üçün alt sərhəd olaraq qəbul edilən sıfır səviyyəsindən aşağıdadır.
Qlobal iqtisadi artımın yavaşlaması ilə, mənfi faizlər yerini qoruyur. Ancaq nə qədər uzun müddət qalarsa, iradlar o qədər artır. Ən çox edilən tənqidlərə görə, mənfi faizlər bankları zəiflədir, əmanət sahiblərinə mənfi təsir göstərir, özəl sektorun borclarını artırır, ölü şirkətlərə yardım davam etdirilir və bir sıra aktivlərin qiymətləri yüksəlir.
Mərkəzi bankirlər həll yollarının ideal olmadığını, ancaq eyni zamanda atdıqları addımlarının deflyasiyadan qorunmaqda və iqtisadi inkişafı dəstəkləməyə kömək olduğunu qeyd edirlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bu baxımdan risk, mənfi faizlərin daimi hala gələrək kök atması ssenarisidir. Bu, xərclərini fərdi əmanət sahiblərinə əks etdirməyən banklar üçün ciddi bir qorxudur.
Deutsche Bankın iqtisadçısı David Folkerts-Landau, Avro Bölgəsi banklarının neqativ faiz siyasətinə görə ildə təxminən 8 milyard avro (9 milyard dollar) itkiləri olduğunu hesablayıb. "Nordea Bank"ın İcraçı Direktoru Casper von Koskull isə mənfi faizi, "Avropa banklarını boğan təhlükəli bir mühit" kimi xarakterizə edib.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının pul siyasəti faizi (uçot dərəcəsi) sıfırda, depozit faizi mənfi 0.40%-də və marjinal maliyyələşmə faizi isi 0.25% səviyyəsindədir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







