"Nə qiymətdən tapsanız qızıl alın"
Təcrübəli sərmayəçi Mark Mobius, qızıl alışının uzunmüddətdə "meyvə" verəcəyini söyləyib.
"Marja" xəbər verir ki, Mobiusa görə, mərkəzi banklar pul siyasətlərini yumuşaldaraq faizləri aşağı saldıqca qızıl bahalaşacaqdır.
"Franklin Templeton"da 30 il işlədikdən sonra keçən il "Mobius Capital Partners LLP"ni quran sərmayəçi "Bloomberg Television"a verdiyi müsahibəsində, "qızılın daha da bahalaşacağını gözləyirəm. Bunu söyləməyimin səbəbi isə mərkəzi banklar tərəfindən pul təklifinin artacağıdır. Açığı, hər hansı bir səviyyədən qızıl almanız lazım olduğunu düşünürəm" deyib.
Qızılın qiyməti, Fed və digər mərkəzi bankların iqtisadi artımı dəstəkləmək məqsədilə faizləri aşağı salmalarının təsiri ilə bu ay altı ilin ən yüksək səviyyəsinə qalxıb. ABŞ Xəzinə istiqrazları bazarının üfüqdə durğunluq göründüyünün siqnalını verməsilə əlaqədar olaraq sərmayəçilər qızıla üz tuturlar.
"Mərkəzi banklar faizləri aşağı salmaqla bərabər dəli kimi pul çap edəcəklər",- deyən Mobius, portfelin 10%-nin fiziki qızıla yatırılmasını tövsiyə edir. Məşhur sərmayəçi müsahibəsində qızıl üçün qiymət hədəfinə dair bir məlumat verməyib.
Qeyd edək ki, hazırda unsiyası 1502 dollar ətrafında olan qızılın 1600 dollara qalxacağı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)






