Avtomobil sənayeni yaxın 10 ildə necə dəyişəcək?
Avtomobil sənayesində radikal dəyişikliklər baş verməkdədir. Bir çox avtombil istehsalçıları və mütəxəsisləri növbəti 10 il ərzində baş verəcək dəyişikliklərin əvvəlki 20 ildəkindən daha həcmli və təsirli və olması barədə konsensua gəlirlər. Xüsusilə 2025-ci ilin yanacaq növü və istehsal zamanı istifadə ediən materialların məzmunundan istehsalçıların bazar qiymətlərinə qədər avtomobil sənayesində hər şey üçün dönüş nöqtəsi olduğu düşünülməkdədir.
Ekoloji şəraitin dəyişməsi və iqtisadi faktorların təsiri, həmçinin güclü sosial cərəyanların da təsiri nəticəsində hökümətlər kompromissiz qanunlar qəbul etməkdə davam edirlər. Bu isə öz növbəsində avtomobil istehsalçılarını daxili yanma mühərriklərindən tədricən imtina etməyə təşviq edir.
Məsələn, JP Morgan Chase şirkətinin 2018-ci ilin Oktyabr ayında yayımladığı “Driving into 2025: The future of Electric Vehicle” hesabatında EV (Tam elektrik avtomobili) və HEV (Hibrid elektrik avtomobili) avtomobillərinə olan tələbin daha da yüksələcəyi və 2025-ci ildə qlobal bazarın 30%-ni təşkil edəcəyi bildirilirdi. Müqaisə üçün deyək ki, hələ 2016-cı ildə 1 milyon və ya dünya avtomobil parkının 1%-ni məhz PEV (Plug in elektrik avtomobili, bunlara BEV və PHV də daxildir) avtomobillləri təşkil edirdi. 2025-ci ildə bu göstəricilərin 8.4 milyon və ya dünya avtomobil parkının 7.7% olacağı proqnozlaşdırılır. Həmin tərixə qədər bazarın 70%-ni təşkil edəcək daxili yanma mühərrikli avtomobillərin payı 2030-cu ildə 40%-ə qədər azalacaq.
2017-ci ilin göstəricilərinə əsasən BEVs və PHEV avtomobillərinin həcmi 2% təşkil edirdisə 2025-ci ildə bu rəqəm 2025-ci ildə 9%, cari əsrin ortalarına doğru isə bu rəqəm 1.5 milyon avtomobil deməkdir. Coğrafi bölgüdə Şimali Amerika və Avropa, Asiyada isə Cənubi Koreya və Yaponiya elektrik avtomobilləri sahəsində yüksək fərqlə liderliyi qoruyacaqlar.
Maraqlı məsələ bundan ibarətdir ki, nüfüzlu Bloomberg agentliyi də “Electric Vehicle Outlook” hesabatında ” 2040-cı ilə qədər dünya avtoparkının 33%-ni və yeni avtomovillərin satışının isə 54%-ni EV-lərin təşkil edəcəyini deyir. 2030-cu ildən etibarən isə böyümə daha intensiv xarakter daşıyacaq.” deyib.
Digər bir təşkilat, İnsideEVs tərəfindən mütəmadi yayınlan məlumatlarda digər 2 təşkilatın proqnozlaşdırdığı flaqman bazarlarda gedən dəyişikliklərlə səsləşən və avtomobil istehsalçılarının bu prosesə aqresiv şəkildə qoşulmuş olduğunu görürük. Əlavə olaraq, Hyundai şirkətinin dünyada ilk EV idman avtomobili, İONİQ EV, İONİQ PHEV və İONİQ HEV avtomobilləri ilə yanaşı Sonata PHEV və Sonata EV avtomobillərini istehlakçıılarıa bu il təqdim etməsi, Avropa və Çin ərazisində “yaşıl” texnologiyalara etdiyi investisiyalar, Tesla və Fordun pick up avtomobillərinin istehsalına başlaması şirkətlərin müxtəlif segmentlərdə bu mövzuda yarışlara qoşulduğunu göstərir.
EV avtomobilləri üçün akkumlyatorların istehsalı üzrə dünyada bir neçə oyunçu var və Asiya şirkətləri bazarda ciddi paya sahibdirlər. Belə ki, Panasonic 40%, LG 18, CATL isə 23% qlobal bazar payına sahibdir. Son onillikdə akkumyatorların qiyməti 1000$-dan 210-230$ -a qədər enmişdir. Lakin EV avtomobillərinin daxili yanma mühərriki ilə çalışan avtomobillərlə rəqabət aparamsı üçün bu rəqəmin 100$-dan az olması vacibdir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 2 saat sonra
- 13 d. əvvəl
-
-
44 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
1 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 12 saat əvvəl
-
16 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
16 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Ən çox oxunanlar
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək




















