Həlledici Brexit səsverməsini müxalifət qazandı
Dünən axşam Böyük Britaniya Parlamentinin alt qanadı İcmalar Palatasında bu gün parlamentin gündəmini müəyyənləşdirmək səlahiyyətini hökumətdən alıb millət vəkillərinə verilməsini nəzərdə tutulan təklif 301-ə qarşı 328 səslə qəbul edilib.
"Marja" xəbər verir ki, səsvermənin nəticəsi, Baş nazir Boris Consonun parlamentdə aldığı ilk həlledici məğlubiyyət olub.
Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası hökuməti bu gün bir deputatın Liberal Demokratiya Partiyasına keçməsilə parlamentdəki üstünlüyünü itirmişdi.
Dünən axşam keçirilmiş səsvermənin nəticəsi millət vəkillərinə bu gün parlamentə müqaviləsiz Brexit-in qarşısını almağa yönəlmiş bir qanun layihəsi təqdim etmə imkanı verəcək.
İcmalar Palatasının qanunvericilik əməliyyatlarını bu gün başa vurması halında layihə parlamentin yuxarı qanadı Lordlar Palatasına həvalə ediləcək.
Müxalifət partiyaları Lordlar Palatasındakı prosesi də sürətlə tamamlayaraq layihəni cümə axşamı qanuniləşdirməyə hədəfləyirlər.
Böyük Britaniyada parlament, daha əvvəl də bənzər bir qanun çıxararaq ölkənin 29 Martda Avropa Birliyindən çıxmasının qarşısına keçmiş, Brexit tarixi 31 Oktyabra təxirə salınmışdı.
Baş nazir Conson, parlamentinin belə bir qanun çıxarması halında bunu özünə qarşı etimadsızlıq səsverməsi kimi qəbul edib ölkəni erkən seçkiyə aparacağını bildirmişdi.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 23 saat sonra
-
13 d. əvvəl
Müştəri narazılığının çox və ya az olduğu sürətli poçt xidməti şirkətləri - SİYAHI
- 23 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
Dövlət şirkətinə Baş direktor təyin edilib
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Ən çox oxunanlar
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi















.jpg)






