Azərbaycan beynəlxalq daşımalarda iştirak edən TIR-ların sayını 5 dəfə artırmağı hədəfləyir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il avqust ayının 28-də “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair tarixi fərman imzalayıb.
Qeyd edək ki, 1998-ci il 27 noyabr tarixində imzalanan müvafiq Qanun ilə Azərbaycan Respublikası “Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokol”a qoşulub. Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli “İcazə”lərlə təmin olunması deməkdir. Bu “İcazə”lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər.
Beynəlxalq Nəqliyyat Forumu üzv ölkələrinin daşıyıcılarına onların ərazilərində beynəlxalq avtomobil daşımalarının effektiv və səmərəli həyata keçirilməsi üçün müxtəlif tədbirlər və layihələr hazırlayaraq təsdiq edir.
Bu qəbildən olan növbəti layihə 2015-ci ilin may ayının 26-da BNF-nin Almaniyada keçirilən nəqliyyat nazirlərinin Sammitində üzv ölkələrin beynəlxalq nəqliyyat daşımalarına vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyasıdır.
Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı ilə “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” təsdiq edilib.
Keyfiyyət Xartiyasının tələblərinə görə BNF-nin üzv ölkələrində beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət edilməsi, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsi, hüquqi və fiziki şəxslərin, onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsi, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsi, avtomobil daşıylcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanın keçirilməsi Qaydaları üzrə hüquqi normativ aktlar təsdiq olunmalıdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərə uyğun Azərbaycan Respublikasının hüquqi normativ aktlarında dəyişikliklərin edilməsi barədə layihələr hazırlanmış və aidiyyəti üzrə təsdiq olunması üçün təqdim edilib və adı çəkilən aktlar qəbul olunub. Bu barədə “Marja”ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Yeni qəbul olunmuş sənədlərə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətini həyata keçirən operatorların işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlarının və fəaliyyəti faktiki icra edən sürücülərin zəruri hazırlıq və yenidən hazırlıq keçmələri və nəticədə əldə edəcəkləri müvafiq təsdiqedici sənədin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılması barədə göstəriş verilib.
Qeyd olunanlardan əlavə Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, rəqabətlilik qabiliyyətlərinin artırılması, Azərbaycan avtonəqliyyat xidmətləri bazarında xarici nəqliyyat vasitələrinin xüsusi çəkilərinin kvotadan artıq olmasına yol verilməməsi üçün kvota-icazə sisteminin təkmilləşdirilməsi üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə bir sıra layihələr tərəfimizdən işlənilib və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilib.
Bununla əlaqədar təqdim edilmiş layihələrin təsdiq edilməsi sahibkarlığın inkişafına, daşıycıların maddi vəziyyətlərinin artırılmasına, yeni nəqliyyat vasitələrinin alınmasına stimul yaradacaq.
“Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır. Bu isə görüləcək tədbirlər nəticəsində 30000 yeni iş yerinin yaranmasına səbəb olacaq.
Eyni zamanda bildiririk ki, 2019-cu ilin 14-15 oktyabr tarixlərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşəbbüsü ilə Bakı şəhərində keçiriləcək. İclasda BNF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edəcək. Gündəlikdə qoyulan məsələlər Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti və beynəlxalq avtomobil daşımalarını daha da inkişaf etdirilməsi üçün layihələrin hazırlanmasına və müzakirə edilməsinə həsr olunacaqdır. Beynəlxalq Nəqliyyat Forumunun və üzv ölkələrin avtomobil sahəsindəki qurumlarının rəhbərlərinin Bakı şəhərində toplanması əlamətdar hadisədir və ölkəmizin Avropa və Asiya arasındakı dəhlizdə iri logistika mərkəzinə çevrilməsinin əyani sübutudur”,- məlumatda deyilir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 2 saat sonra
- 14 d. əvvəl
-
-
45 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
1 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 13 saat əvvəl
-
16 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
16 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Ən çox oxunanlar
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək


















