Türkiyə qaz alışını Rusiyadan azaldıb, Azərbaycandan artırıb
Türkiyənin boru kəmərləri ilə təbii qaz idxalı 2019-cu ilin yanvar-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalaraq 16 milyard 152 milyon kubmetrə düşüb. "Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu azalmada ən mühüm amil Rusiya qazı idxalının azalması olub.
Həmin dövrdə Rusiyadan kəmərlər ilə alınan təbii qaz 36 faiz azalaraq 7 milyard 991 milyon kubmetrə düşüb. Beləliklə, keçən il yanvar-iyun dövründə 48 faiz olan Rusiya qazının ümumi qaz idxalındakı payı bu il 34%-ə geriləyib.
Bu dövrdə yeni Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin də təsirilə, Azərbaycandan alınan təbii qaz miqdarı 38 faiz artımla 4 milyard 410 milyon kubmetrə yüksəlib. İrandan alınan qazda isə 5%-lik azalma baş verib.
Türkiyənin Mayeləşdirilmiş Təbii Qaz (LNG) idxalı isə ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 7 milyard 136 milyon kubmetrə yüksəlib.
Enerji Bazarına Nəzarət Palatasının göstəricilərindən topladığı məlumatlara görə, təbii qazda mənbə müxtəlifliyini artırmaq məqsədilə LNG müəssisələrinə qoyulan investisiyalar meyvələrini verməyə başlayıb.
Türkiyənin ümumi qaz idxalı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq 23 milyard 287 milyon kubmetrə enib. Bu azalmaya baxmayaraq LNG idxalı, dünyada azalan qiymətlərin də təsiri ilə 14 faiz artaraq 7 milyard 136 milyon kubmetrə çatıb. Əlcəzairdən alınan LNG miqdarı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artımla 2 milyard 942 milyon kubmetrə yüksəlib, Qətərdən alınan LNG miqdarı isə 34 faiz azalaraq 1 milyard 274 milyon kubmetrə düşüb. Bu dövrdə, ABŞ-dan idxal edilən LNG miqdarı 363 faiz artaraq 884 milyon kubmetrə çatıb. ABŞ Enerji Nazirliyinin avqust ayına dair LNG hesabatına görə, Türkiyə 2016-cı ilin fevral ayından bu yana Avropada İspaniyadan sonra ən çox ABŞ LNG-si idxal edən ikinci ölkədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
21 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
22 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 44 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















