Quru ot bahalaşıb - "Bir az da artım olsa məcburuq bütün mal-qaranı sataq"
"Bir az da artım olsa, məcburuq bütün mal-qaranı dəyər-dəyməzinə sataq"
Qərb bölgəsində mal-qaranın əsas qidasını təşkil edən quru ot bahalaşıb. Ötən illərlə müqayisədə ot bağlamasının qiymətində 1 manat artım müşahidə edilir. Belə ki, ən qidalı ot hesab edilən yonca bağlamasının qiyməti 4-6, təbii ot 3-4, ən zəif tərkib hesab edilən saman bağlaması isə 1,5-2 manat aralığında dəyişir. Təsərrüfat sahibləri bahalaşmanın davam etməsindən narahatdırlar.
Otun qiymətləri ilə yerində tanış olmaq üçün müxbirimiz Tovuz rayonunda yerləşən ot bazarında olub. Qiymətlər və bahalaşmanın səbəbləri ilə maraqlanıb. Müxbirimizin suallarını cavablandıran bazar əhli bir qayda olaraq qiymət artımını yaz-yay mövsümlərində yaşanan quraqlıqla əlaqələndiriblər.

Ot satışı ilə məşğul olan Tovuz rayon sakini Füzuli Sadıqov ötən illərlə müqayisədə ot və yonca bağlamalarında 1 manatlıq artımın olduğunu deyib.
"Ötən illə müqayisədə bu il bahalaşma var. Keçən il yonca bağını 3-5 manata satırdıq, indi 4-6 manata satırıq. Təbii ot 3-4 manat arasıdır. Səbəb odur ki, bu il yağış yağmadı. Nəticədə bir biçim ot gecikdi. Keçən il bu vaxt 4-cü çalım çalınırdı, amma indi 3-cü, elə yerlər var, hələ 2-ci biçin edilir. Artıq soyuqlar da düşür, uzağı, bir biçim ot biçilər", - deyə F.Sadıqov məlumat verib.

Digər satıcı Taleh Məmmədov satdıqlarının içərisində ən ucuzunun saman bağlaması olduğunu deyib: "Sahələrdən baha alırıq. Ot qıtlıq oldu deyə yer sahibləri qiyməti qaldırıblar. 1 yonca bağlaması fermerə 1,5 manata başa gəlir. Hektarını 25 manata traktor biçir, 15 manata dırmıqlanır. Aqreqat isə birini 25-30 qəpiyə bağlayır. Bir hektardan 150-250 bağlama çıxır. Biz də alanda 30 qəpik fəhləyə doldurub-boşaltmaq haqqı veririk. Yanacaq yandırırıq. Məsafəsindən asılı olaraq aparıb 50 qəpik, 1 manat bahasına satırıq".
T.Məmmədovun sözlərinə görə, otun 1, yaxud 10 manat olmasından asılı olmayaraq satıcılara oradan 50 qəpik qalır ki, onun 30-u fəhlənin, 20-si isə özlərinin olur.

Bərdədən gələn satıcı Ramin Quliyev isə alıcı qıtlığından gileylənib: "İki gündür 500 təbii ot bağlaması gətirmişəm. Amma alıcı yoxdur. Gələnlər üstünlüyü qida dəyəri daha artıq olan yoncaya verir. Düzdür, qiymət ucuz olsa da, təbii ot yaxşı alınmır".
Şəmkirdən ot almağa gələn Eldəniz Nəsibov isə qiymətlərin daha da artacağından narahatdır.
"Zəyəm Cırdaxan kəndindən gəlmişəm. Torpağımız yoxdur əkib-biçməyə. Ona görə otu yalnız pulla alırıq. Bir bağ otun ağırlığı təxminən 25-30 kiloqram olur. Günə 1 bağlama yedirəndə inəyi qışdan çıxarmaq üçün 250 bağlama ot almalıyam ki, o da 1000-1200 manat edir. Bir az da artım olsa, məcburuq bütün mal-qaranı dəyər-dəyməzinə sataq", - deyə alıcı vəziyyət haqda danışıb.
Son günlər ətin qiymətində də 1 manat bahalaşmanın olduğunu bildirən müsahiblər bu gedişlə yeni bahalaşmanın olacağını istisna etmirlər.

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Sputnik Azərbaycan
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























