Bu il Hindistandan Azərbaycana 65 min turist gələcəyi gözlənilir
Sentyabrın 9-da Azərbaycan Turizm Bürosu Hindistanın böyük şəhərlərində keçirəcəyi silsilə tədbirlərə Yeni Dehli şəhəri ilə start verib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə Yeni Dehli şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.
Tədbir çərçivəsində Yeni Dehli şəhərinin 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, AZAL-ın icraçı direktorunun müavini, eyni zamanda “Buta Airways”in direktoru Nazim Səmədov iştirak ediblər.
Onlar maraq doğuran sualları cavablandırıblar və jurnalistlərə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat veriblər.
Azərbaycan və Hindistan arasında tarixi əlaqələrdən danışan Florian Zenqstşmid bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağının gözlənildiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Dehli şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində də silsilə təqdimatlar təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























