Bu gün Azərbaycan faiz qərarını açıqlayacaq
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını ictimaiyyətə açıqlayacaqdır.
"Marja"nın məlumatına görə, sentyabrdan minimum əmək haqqının, oktyabrdan isə minimum pensiyanın artırılmasının qiymətlərin yüksəlməsinə təsir edəcəyi ehtimal edilir. İnflyasiyanın sürətlənməsi faizlərin daha da aşağı salınması qarşısında məhdud maneə ola bilər. Ümumən, iqtisadi artımın davam etdiyini, ölkə daxilində qiymətlərin kəskin yüksəlmədiyini, neftin qiymətinin 60 dollar ətrafında qaldığını, xarici ticarət saldosunun müsbət olduğunu, qlobal ərzaq qiymətlərinin düşdüyünü, dünyada faizlərin aşağı salınması tendensiyasının başladığını nəzərə alsaq Azərbaycan Mərkəzi Bankının da Sentyabr iclasında ən azı 0,25 bənd faiz endirəcəyi ehtimalı böyükdür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Yanvar-iyul aylarında illik inflyasiya 2,7 faiz təşkil etmişdi. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində artım sürətlənsə də əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərdə qiymət artımının sürəti aşağı düşüb.
Azərbaycan Mərkəzi Bankının inflyasiya hədəfi 4±2%-dir (minimum 2%, maksimum 6%). Hazırda inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıdadır.
Mərkəzi Bank inflyasiyanın tələbin genişlənməsilə bağlı olaraq ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində (4-6% civarında) formalaşacağını gözləyir. Lakin inflyasiyanın hədəf intervalını aşacağı nəzərdə tutulmur.
“Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir”,- Mərkəzi Bank bəyan etmişdi.
Depozit və not hərraclarında tələb təklifi dəfələrlə üstələyir. Son aylar kredit aktivliyi müşahidə olunsa da, hələ də bir sıra banklarda izafi vəsaitlər mövuddur. Depozit və not hərraclarında faizlərin aşağı düşməsi bu vəsaitlərin iqtisadiyyata ötürülməsi işinə dəstək ola bilər. Hərraclarda faizin aşağı düşməsi üçün Mərkəzi Bank uçot dərəcəsini, o cümlədən faiz dəhlizinin yuxarı və aşağı həddlərini aşağı salmalıdır.
Xatırladaq ki, İyulda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.50%-dən 8.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.
Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 5 dəfə faiz endirib.
2015-ci ilin İyul ayında 3% səviyyəsində olan uçot dərəcəsi devalvasiyalardan sonra Azərbaycan Mərkəzi Bank tərəfindən artırılmış və 2017-ci ildə 15% səviyyəsinə çatmışdı. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə endirilib.
Mərkəzi Bankın İdarə Heyətinini Oktyabr və Dekabrda da pul siyasəti qərarları ictimaiyyətə açıqlayacaqdır.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
-
49 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub






















