Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı
Kapital Bank İT sahəsi üzrə beynəlxalq şirkət olan IBM ilə əməkdaşlığı əks etdirən anlaşma memorandumu imzalayıb.
Bununla bağlı 19 sentyabr 2019-cu il tarixində imzalanma mərasimi keçirildi.
İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və IBM iX şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak edib.
Kapital Bank bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərindən müştərilərinə təqdim edir. Gələcəkdə əksər layihələri həyata keçirmək üçün IBM şirkətini özünə tərəfdaş seçib. IBM şirkəti ilə memorandum çərçivəsində Kapital Bank-ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçiriləcək. Bundan başqa xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən workshop-lar təşkil olunacaq.
“Kapital Bank-ın 2018-2021-ci illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid əsas məqsədimizdir. Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Burada bank əməliyyatlarının və bir sıra proseslərin transformasiyası nəzərdə tutulur. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə İT forumun keçirilməsi nəzərdə tutulub. Forum zamanı dəvət olunmuş xarici mütəxəssislər öz təcrübələri ilə bölüşəcəklər” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.
Qeyd edək ki, IBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir. Bundan başqa şirkət İT-servislərin tətbiqi və konsaltinq xidmətlərini də təqdim edir. Dünya miqyasında lider olan IBM şirkətinin əsas strateji hədəfi, innovasiya və informasiya texnologiyaları sahəsində elmi-təhqiqat işlərinin aparılması və tətbiqidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
24 d. əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
48 d. əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
1 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
1 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
2 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
























