ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb.
Bu barədə ATƏT-dən məlumat verilib.
Bildirilir ki, Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (Amerika Birləşmiş Ştatları) BMT Baş Assambleyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla ayrı-ayrılıqda və birgə görüşüblər:
"Həmsədrlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər.
Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər.
Bildirilir ki, həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay mövsümündə tərəflərin zorakılığın minimallaşdırması üzrə səylərinin müsbət nəticələrini qeyd ediblər, həmçinin bu yaxınlardakı qaçılmaz nəticə ilə bağlı dərin təəssüf hissi ifadə ediblər.
Həmsədrlər və nazirlər gərginliyin azaldılması, mövcud şəraitin saxlanılması, sülhə imkan yaradan və danışıqlar üçün əlverişli olan predmetlər üzrə əlavə tədbirlərin müzakirəsini davam etiriblər. Həmsədrləri martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onu qabaqcadan müəyyən edən ritorikadan istifadə etməyi minimallaşdırmağa çağırıblar.
Bəyanatda qeyd edilir ki, həmsədrlər yaxın vaxtlarda regiona səfər etmək niyyətindədirlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























