Anar Məmmədov 1 milyonluq borcunu ödəyib
"Garant Holding" və “Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur".
Bu açıqlama ilə martın 27-də bankın Korporativ Kommunikasiyalar Departamentinin nümayəndəsi Əmir Məmmədov çıxış edib.
Xəbər verildiyi kimi bu ilin yanvar ayında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “Paşa Bank” –ın iddiası əsasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir sıra daşınmaz əmlakı üzərində həbs qoyulduğu məlum olmuşdu. Məhkəmənin çıxardığı qərardadda deyilirdi ki, Anar Məmmədov həmin əmlakı girov qoyaraq bankdan kredit götürüb. Bu kredit faizləri ilə birlikdə 1 milyon 141 min manat təşkil edir. Kredit ödənilmədiyinə görə bank Anar Məmmədovu və onun şirkətlərini məhkəməyə verib, əmlakın üzərinə həbs qoyulması barədə qərar çıxarılıb.
Qərara əsasən cavabdehlər «Garant İnşaat Sənaye» MMC, «Garant Holding» MMC, «Azpod» MMC və Anar Ziya oğlu Məmmədova məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə»də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki «Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyulmuşdu.
Bankın yaydığı açıqlamada deyilir ki, «məsələ hüquq normaları çərçivəsində və qanunun aliliyi şəraitində, tərəflərin qarşılıqlı anlaşmasına əsasən» öz həllini tapıb. Kredit öhdəlikləri icra edildikdən sonra «Paşa Bank» ASC ipoteka predmetləri üzərinə qoyulmuş həbsin və məhkəmə qaydasında görülmüş mühafizə tədbirlərinin götürülməsinə, eyni zamanda, iddia ərizələrinin baxılmamış saxlanılmasına dair ərizələrlə məhkəmələrə müraciət edib. Bankın «Garant Holding» MMC, «Garant İnşaat Sənaye” MMC və holdinqə daxil digər şirkətlərə qarşı iddiasına Abşeron Rayon Məhkəməsində və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.
© virtualaz.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)
















