Avropanın ən böyük iqtisadiyyatı üçün proqnozlar pisləşdi
Almaniyanın qabaqcıl beş araşdırma institutu, Avropanın ən böyük iqtisadiyyatı üzrə iqtisadi artım proqnozlarını azaldıblar. Almaniyada istehsalçılar azalan qlobal tələb və hələ də davam edən ticarət münaqişəsi səbəbilə çətinlik çəkirlər.
"Marja" xəbər verir ki, Berlində Çərşənbə günü nəşr olunan hesabata görə, institutların mütəxəssisləri Almaniya iqtisadiyyatının 2020-ci ildə 1.1 faiz artacağını gözləyirlər. İldə iki dəfə nəşr olunan hesabatın Aprel sayındakı gözlənti 1.8 faiz artım idi. Hesabat, rəsmi proqnozların da əsasını təşkil edir.
Alman proqnozçular bu il üçün artım proqnozunu 0.8%-dən 0,5%-ə endiriblər. Bu, 2013-cü ildən bu yana ən pis performansdır. Mütəxəssislər Almaniyanın üçüncü rübdə yəqin ki, kiçildiyini, yəni Almaniya iqtisadiyyatının ikinci rübdəki 0.1% azalmanın ardından sonra texniki durğunluğa girdiyini əlavə ediblər.
"İnkişafın ləngiməsinin səbəbləri əsas etibarilə sənaye istehsalıdır", - deyən proqnozçular, istehsalın ötən ilin ortalarından bəri azalmasına və xüsusilə də mühüm bazarlarda sərmayə mallarına tələbin zəiflədiyinə diqqət çəkiblər.
Beş institut bu şəkildədir: DIW (Berlin), IWH (Halla), Ifo (Münhen), Ifw (Kiel), RWI (Essen).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib






















