OPEC-in neft hasilatı ötən ay kəskin azalıb
Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) neft hasilatı keçən ay Səudiyyə Ərəbistanına təşkil olunan hücumlar və Venesuela iqtisadiyyatında tənəzzül kimi bir sıra mənfi amillərdən dolayı kəskin düşüb. 14 üzvü olan kartel ötən ay gündəlik orta hesabla 28.32 milyon barrel neft hasil edib. Bu, son 10 ilin ən aşağı səviyyəsidir. Ancaq ironik bir şəkildə, bazar istehsalın təkrar artmasına ehtiyac duymaya bilər.
Neft kartelinin istehsalı son 10 ilin ən aşağı səviyyəsi olan Sentyabr səviyyələrinin yaxınlığında qalsa belə, bazar 2020-ci ilin ilk yarısında kəsir verməyəcək. Bu vəziyyət, ölkə neft sənayesi tarixinin ən böyük böhranını yaşamasından sonra istehsalını normal hala qaytarmağa çalışan Səudiyyə Ərəbistanının Dekabr ayında bir araya gəldiklərində tərəfdaşlarını təkrar hasilatı azaltmağıa getməyə razı edə biləcəyi anlamına gəlir.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 14 üzvü ötən ay gündəlik orta hesabla 28.32 milyon barrel neft hasil edib. Bu istehsal yaxın perspektivdə neft ehtiyatlarındakı artıqlığın "əriməsinə" səbəb olacaq, ancaq Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, bu miqdar, gələn ilin əvvəllərində dünyanın OPEC-dən ehtiyac duyduğu miqdar ilə təqribən eynidir.
Neft qiymətləri ötən ay Səudiyyə Ərəbistanının neft müəssisələrinə təşkil edilən hücumdan sonra kəskin yüksəlmişdi. İndi investorların diqqəti uzanan ABŞ-Çin ticarət müharibəsində və ABŞ-da artan şist nefti istehsalındadır. Hazırda neft qiymətləri OPEC üzvlərinin bir çoxunun dövlət xərclərini ödəməsinə çatacaq səviyyələrdən aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 27 d. əvvəl
-
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib





















