Şirkətlər Qrupunda dünya çempionu ilə görüş
® 12 oktyabr Hindistanın Mumbai şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında keçirilən Dünya Çempionatında azərbaycanlı Aydın Süleymanlı birinciliyi əldə edib. O, Veysəloğlu MMC-nin əməkdaşı Elşən Süleymanlının oğludur.
15 oktyabrda “Veysəloğlu” Şirkətlər Qrupunun ofisində çempion və onun atası ilə görüş təşkil edilib. Görüşdə şirkətin Müşahidə Şurasının Sədri Aydın Talıbov və digər əməkdaşlar iştirak ediblər.
Aydın Talıbov Azərbaycana çempionluğu bəxş edən azyaşlı Aydın Süleymanlını təbrik edərək, ona xoş arzularını bildirib, uğurlar arzulayıb. Azərbaycan himnini yüksək arenalarda səsləndirdiyi üçün ona təşəkkürünü bildirib.
Görüş zamanı vurğulanıb ki, yüksək intellekt tələb edən şahmat idman növündə Azərbaycanın adının ön pillələrdə çəkilməsi hər birimiz üçün böyük fəxrdir. Aydın Süleymanlının bu uğuru bütün Azərbaycanın uğurudur.
Müşahidə Şurasının sədri daha sonra Aydın Süleymanlıya təşəkkürnamə təqdim edib və gələcəkdə ona yeni zirvələri fəth etməyi arzulayıb.
Xatırladaq ki, ölkəmiz sözügedən Dünya Çempionatinda 9 şahmatçı ilə (5 qız, 4 oğlan) təmsil olunub. 14 yaşadək oğlanların kateqoriyasında təmsilçimiz Aydın Süleymanlı keçirdiyi 11 oyunda 9 xal toplayaraq, Dünya Çempionu adına yiyələnib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























