“NBC Bank” böyüyüb, gəlirləri artıb
“NBC Bank” böyüyüb, müştərilərə verilən kreditlər, Bankda yerləşdirilən depozitlər və gəlirləri artıb. Bank 9 ayı 111 min manat xalis mənfəət ilə başa vurub.
“NBC Bank” ASC 2019-cu ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “NBC Bank”ın faiz gəlirləi 558 min manat və ya 4,2% artaraq 13 milyon 992 min manat təşkil edib.
2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “NBC Bank”ın qeyri-faiz gəlirləri isə 802 min manat və ya 36 faiz artaraq 3 milyon 26 min manat təşkil edib.
Ötən ilin yanvar-sentyabr dövrü ilə müqayisədə cari ilin eyni dövründə “NBC Bank”ın cəmi gəlirləri 1 milyon 360 min manat artıb və 17 milyon 18 min manata yüksəlib. 2018-ci ilin 9 ayında Bankın cəmi gəlirləri 15 milyon 658 min manat təşkil etmişdi.
2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “NBC Bank”ın faiz xərcləri 3 milyon 328 min manat və ya 42,4 faiz artaraq 11 milyon 176 min manat təşkil edib.
2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “NBC Bank”ın qeyri-faiz xərcləri isə 1 milyon 371 min manat və ya 25,5% artaraq 6 milyon 748 min manat təşkil edib.
Ötən ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin eyni dövründə “NBC Bank”ın cəmi xərcləri 4 milyon 699 min manat və ya 35,5% artaraq 17 milyon 924 min manata yüksəlib. 2018-ci ilin 9 ayında Bankın cəmi xərcləri 13 milyon 225 min manat təşkil etmişdi.
Qısası, 2019-cu ilin 9 ayında “NBC Bank”ın 17 milyon 18 min manat cəmi gəlirlərinə qarşılıq cəmi xərcləri 17 milyon 924 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 906 min manat əməliyyat zərəri yaranıb. Lakin əvvəlki dövrlərdə ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatdan 1 milyon 17 min manatın azad olması həm əməliyyat zərərini bağlayıb, həm də 111 min manat xalis mənfəətin yaranmasını təmin edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-sentyabr dövründə "NBC Bank"ın cəmi gəlirləri (faiz və qeyri-faiz) 15 milyon 658 min manat, cəmi xərcləri (faiz və qeyri-faiz) isə 13 milyon 225 min manat təşkil etmişdi. Nəticədə, 2 milyon 433 min manat əməliyyat mənfəəti yaranmışdı. Həmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 483 min manatı əməliyyat mənfəətinə əlavə edildiyindən, Bank, 2018-ci ilin 9 ayında 2 milyon 917 min manat xalis mənfəət ilə bağlamışdı.
AKTİVLƏRİ 300 MİLYON MANATI KEÇİB, KREDİTLƏR ARTIB
30 Sentyabr 2019-cu il tarixində “NBC Bank” 304 milyon 814 min manat cəmi aktivlərə malik olub və aktivlərin 222 milyon 203 min manatını müştərilərə verilən kreditlər (məqsədli ehtiyatlar çıxılmaqla) təşkil edib. 2018-ci ilin sonunda “NBC Bank” 283 milyon 376 min manat cəmi aktivlərə malik idi və aktivlərin 204 milyon 469 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, cari ilin 9 ayı ərzində “NBC Bank”ın cəmi aktivləri 21 milyon 438 min manat, o cümlədən müştərilərə verilən kreditlər 17 milyon 734 min manat artıb.
Kredit portfelinin artmasının növbəti rüblərdə Bankın faiz gəlirlərinin artmaqda davam etməsini təmin edəcəyi gözlənilir.
30 Sentyabr 2017-ci il tarixində "NBC Bank" 171 milyon 815 min manat cəmi aktivlərə, 115 milyon 891 min manat kredit portfelinə və 55 milyon 924 min manat cəmi kapitala malik idi.
BANKDA DEPOZİTLƏR DƏ ARTIB
“NBC Bank”ın depozit portfeli də artıb. Ötən ilin sonunda 106 milyon 426 min manat təşkil etmiş depozitlər 30 Sentyabr 2019-cu il tarixində 123 milyon 264 min manata çatıb (16 milyon 838 min manat artım).
30 Sentyabr 2019-cu il tarixində “NBC Bank” 58 milyon 309 min manat cəmi kapitala, 57 milyon 309 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
54 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
59 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
4 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
























