Antalya turizmində rekord
Antalyanın tarixində ilk dəfə qəbul etdiyi turistlərin sayı 14 milyonu keçib.
"Marja" xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Rayon İdarəsinin məlumatlarına görə, Antalya və Gazipaşa hava limanlarına enən turistlərin sayı 15 Oktyabrda 14 milyon 54 min 887 nəfərə çatıb.
2018-ci ildə 13 milyon 642 min turist qəbul edərək rekord qıran Antalya, bu ili də yeni rekordla bağlamağa hazırlaşır. Ötən ilin 9,5 ayında 12 milyon 58 min turistin gəldiyi Antalyaya, bu ilin eyni dövrdə 14 milyon turist səfər edib. Tarixində ilk dəfə gələn turist sayında 14 milyonu aşan şəhər, bu il üçün təyin olunan 16 milyon turist hədəfinə də addım-addım yaxınlaşır.
193 ölkədən şəhərə gələn turistlərin milliyyətinə görə, ilk yerdə ruslardır. 1 Yanvar - 15 Oktyabr tarixləri arasında Rusiyadan gələn turistlərin sayı ötən illə müqayisədə 15 faiz artımla 5 milyon 171 minə çatıb.
Ən çox turistin gəldiyi ikinci ölkə Almaniya olub. Almaniyadan gələn turistlərin sayı 16% artaraq 2 milyon 347 min nəfər təşkil edib.
Həmçinin Antaliya Ukraynadan 776 min, İngiltərədən də 656 min, Polşadan 516 min, Hollandiyadan 397 min turisti qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
7 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 25 d. əvvəl
- 55 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























