Azərbaycan müəssisəsi ilk dəfə Polşaya quru tütün ixrac edir
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərtütün ASK” MMC Avropa İttifaqına üzv ölkələrdən olan Polşaya ilk dəfə quru tütün ixracına başlayıb. Dekabrın 5-də Cəmiyyətin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsindən Polşaya iritonnajlı yük avtomobili ilə ilkin olaraq 17 ton “Virciniya botaniki” növlü quru tütün yarpağı yola salınıb.
Məhsulun yola salınması prosesində iştirak edən “Azərtütün ASK” MMC-nin direktor müavini Mustafa Məmmədov bildirib ki, MMC 2019-cu il mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Tütün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) müqavilələr bağlanılıb. Builki mövsümdə respublika üzrə 2200 tonadək “Virciniya botaniki” növlü quru tütün istehsal olunub. Hazırda məhsulun satışı istiqamətində iş aparılır.
MMC-nin rəsmisi qeyd edib ki, əvvəllər quru tütün əsasən Rusiya bazarlarına ixrac olunurdu. “Azərbaycan Sənaye Korporasiyası” ASC yarandıqdan sonra quru tütünün ixrac coğrafiyası da genişlənib. Ukrayna, Belarus, Gürcüstana da quru tütünün ixracına başlanılıb.
Direktor müavini deyib: “Sevindirici haldır ki, bu gün Azərbaycan tütünü ilk dəfə olaraq Avropa İttifaqına üzv olan ölkəyə yola salınır. Hələlik nümunə üçün Polşa şirkətinə 17 ton quru tütün yarpağı göndərilir. Yola salınan tütün 2019-cu ilin məhsuludur. Ümumiyyətlə, bu ölkə ilə 400 tonadək quru tütünün alınması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, Belçika şirkəti ilə də “strips tütün” məhsulunun (orta damarı, zoğu ayrılan tütün yarpağı) alınması ilə bağlı müqavilə bağlanılıb. Şirkətin sifariş etdiyi 100 ton quru tütün hazırda anbarlarda saxlanılır və sifarişçi istədiyi vaxt göndəriləcək”.
© Azərtac
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
27 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
46 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 2 saat əvvəl
-
2 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
























