Mərkəzi Bankın kapital bazarları üzrə görəcəyi əsas tədbirlər məlum oldu
Maliyyə Bazarlarına Nəzarət Palatasının birləşdiyi Mərkəzi Bank iqtisadiyyata uzunmüddətli investisiyaların artırılmasındakı rolunu nəzərə alaraq pul və kapital bazarlarında aktivliyə yönəlik tədbirlər görəcəkdir.
“Marja”nın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, bazar iştirakçıları və infrastruktur provayderləri ilə aktiv dialoq şəraitində tarif rejiminin optimallaşdırılması davam etdiriləcəkdir.
İnvestisiya xidmətlərinin elektronlaşdırılması, investor-müəssisə münasibətlərinin dərinləşdirilməsi üçün elektron platformaların yaradılması, investorlara məsafədən ticarət aparmağa imkan verən sistemlərin tətbiqinə dair müvafiq işlər görüləcəkdir.
Qiymətli kağızlar bazarında emitentlər və investorlar üçün əlverişli vergi mühitinin formalaşdırılması üzrə təşəbbüslər göstəriləcəkdir.
Kapital bazarlarında təklifin stimullaşdırılması üçün qiymətli kağızların qeydiyyat prosedurunun və şirkətlər üçün listinq tələblərinin daha da sadələşdirilməsi, habelə xarici investorların cəlbinin asanlaşdırılması istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.
Şəffaflığın artırılması məqsədi ilə bazar iştirakçıları üçün informasiya əlçatanlığının artırılması və bu yolla informasiya assimmetriyasının aradan qaldırılması üzrə işlər görüləcəkdir. Maarifləndirmə və təşviqat işlərinin aparılması, o cümlədən potensial investorların qiymətli kağızların faydaları və riskləri barədə məlumatlarının artırılması nəzərdə tutulur.
Şirkətlərin şəffaflıq və hesabatlığının müasir standartlara uyğunlaşdırılması da kapital-maliyyə bazarında investisiya alətlərinin geniş istifadəsini dəstəkləyən amil olacaqdır.
Maliyyə bazarları üzrə normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində səylər artırılacaqdır. "Sekyuritizasiya fəaliyyəti haqqında” Qanunun qəbulu üzrə işlərin davam etdirilməsi və əlaqədar normativ xarakterli aktların hazırlanması təmin ediləcəkdir.
(Sekyuritizasiya – qiymətli kağızlar buraxmaq yolu ilə müəyyən aktivlərin maliyyələşdirilməsidir - red)
Törəmə maliyyə alətləri bazarı üzrə hüquqi çərçivənin də qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur.
Beynəlxalq maliyyə institutlarının istiqrazlarının emissiyası və tədavülünü tənzimləyən xüsusi hüquqi çərçivə yaradılacaqdır. İnvestisiya fondlarının fəaliyyətinin təşviqi məqsədilə müvafiq hüquqi çərçivəyə yenidən baxılacaqdır.
HƏMÇİNİN OXU: Mərkəzi Bankdan 2020-ci il üçün BƏYANAT
Rəqabət mühitinin maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və maliyyə məhsullarının müxtəlifliyinin, nəticədə innovasiyanın təşviqindəki rolunu nəzərə alaraq, maliyyə bazarlarında rəqabətin təşviqi də Mərkəzi Bankın diqqətində olacaqdır. Bu məqsədlə beynəlxalq maliyyə institutlarının əməkdaşlığı ilə rəqabətin dəstəklənməsi üzrə zəruri addımların atılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
























