Gürcüstan Azərbaycanı itirir
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 571 mln. 363,2 min ABŞ dolları təşkil edib. Gürcüstan Statistika Xidmətinin açıqladığı rəqəmlərə görə, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,3% təşkil edir.
Cari ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana 131 mln. 174,5 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 mln. 625,1 min dollar və ya 43,41% azdır. Bu rəqəm Gürcüstanın ümumi xarici ticarətində ixracın 6,8%-ni təşkil edir.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 440 mln. 188,7 min dollar dəyərində məhsul ixrac edilib. Bu rəqəm isə Gürcüstanın ümumi idxalının 4,9%-ni təşkil edir. 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə isə bu rəqəm 50 mln. 127,3 min dollar və ya 10,22% azdır.
Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları ölkələri arasında 6-cı yeri tutur. Bu ilin əvvəlində isə ölkəmiz Gürcüstanın əsas ticarət tərəfdaşları olan ölkələrinin siyahısında 3-cü yerdə idi.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
45 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























