11 ayda ixrac edilmiş qeyri-neft məhsullarının dəyəri 1,8 milyard dollara çatmır
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 181 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30040,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 655,8 milyon dollar, idxalın dəyəri 12 milyard 384,7 milyon dollar təşkil etmiş, nəticədə 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artmış, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalmışdır.
Bu dövr ərzində ölkədən 1 milyard 781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,6 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 6,6 faizini İsrailə, 5,2 faizini Hindistana, 5,1 faizini Almaniyaya, 4,1 faizini Çinə, 3,8 faizini İspaniyaya, 3,6 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,9 faiz olmaqla Fransa və Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,0 faizini Xorvatiyaya, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Ukraynaya, 10,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,5 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (2,0 faiz), Yunanıstana (1,9 faiz), İrana (1,3 faiz), Niderlanda (1,3 faiz), Qazaxıstana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,7 faizi Rusiya, 12,0 faizi Türkiyə, 9,8 faizi İsveçrə, 9,6 faizi Çin, 5,8 faizi ABŞ, 5,1 faizi Almaniya, 3,5 faizi Ukrayna, 3,4 faizi İran, 3,2 faizi Kanada, 2,7 faizi İtaliya, 2,4 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 9,9 faiz, şəkər – 49,4 faiz, tütün – 1,6 dəfə, meyvə və tərəvəz şirələri – 31,1 faiz, çay – 6,5 faiz, meyvə və tərəvəz konservləri – 5,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 26,9 faiz, pambıq lifi – 1,6 dəfə, emal olunmamış alüminium – 31,5 faiz, polietilen – 10,9 faiz, pambıq ipliyi – 34,8 faiz, bentonit gili – 16,0 faiz artmış, təzə tərəvəz ixracı isə 7,0 faiz, kartof – 7,2 faiz, bitki yağları – 23,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,4 faiz, qara metallardan yarımfabrikatlar – 29,4 faiz, qara metallardan borular – 81,9 faiz azalmışdır.
2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında buğda idxalı 49,9 faiz, xam şəkər və şəkər – 46,2 faiz, təzə meyvə – 1,1 faiz, bitki yağları – 14,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,7 faiz, çay – 7,5 faiz, kartof – 31,2 faiz, quş əti və onun əlavə məhsulları – 7,8 faiz, mal əti – 6,5 faiz, təzə tərəvəz – 25,7 faiz, minik avtomobilləri – 1,8 dəfə, polad prokatı – 26,8 faiz, mineral gübrələr – 20,2 faiz, hesablama maşınları, blok və qurğuları – 43,3 faiz, rezin şinlər – 15,9 faiz, avtobuslar – 2,1 dəfə, mebellər – 4,5 faiz, yük avtomobilləri – 1,7 dəfə, polietilen – 19,2 faiz, məişət kondisionerləri – 54,0 faiz, paltaryuyan maşınlar – 7,2 faiz, qara metallardan künclüklər – 11,5 faiz artmış, siqaret idxalı isə 57,6 faiz, qara metallardan borular – 13,3 faiz, qara metallardan çubuqlar – 18,0 faiz, sement və sement klinkerləri – 16,4 faiz, məişət soyuducuları – 12,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 saat sonra
-
2 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















