Azərbaycanın kurort şəhərində satıcısız mağaza istifadəyə verildi
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə Azərbaycanda ilk dəfə satıcısız mağaza istifadəyə verilib.
Mağaza “Naftalan 24/7” adlanır. Mağazanın istifadəyə verilməsində məqsəd şəhərə gələn turistlərin məmnunluğunu təmin etməkdir.
Naftalan Şəhər İcra Hakimiyyətindən “Marja”ya bildirilib ki, bu tip layihələr artıq xaricdə bir neçə ölkədə mövcud olsada, Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilib.
"“Naftalan 24/7”- satıcısız pilot-layihə mağazasının açılması həm yerli sakinlərimiz, həmdə də xarici turistlər üçün maraqlı olacaq, onlar arasında rəğbət qazanacaq, ticarətdə insanlarımız üçün yeni bir addım və yeni konsept olacaq. Bu Pilot-layihə “Ədalət-testi” kimi də adlandırıla bilər", - İcra Hakimiyyətindən bildirilib.
Mağazada müxtəlif məhsullarla bərabər, turistlərin Naftalana daha çox gəldiyini nəzərə alaraq onların daha çox ehtiyac duyduğu mallarda satışa çıxarılıb.
“Naftalan məlhəmi” MMC-nin 20-yədək ilk tələbat malları - diş pastaları, kremləri, yağları,şampunları, sabunları və digər mallar satışa çıxarılıb.
Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub.
Naftalan kurort şəhəridir. 2019-cu ildə kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərədək çatmışdır. Onlardan 40 faizi xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















