798 sahə baytarlıq məntəqəsi ləğv ediləcək
Aqrar Xidmətlər Agentliyi: “Baytarlıq fəaliyyəti ilə ilə bağlı təkliflər hazırlanacaq”22 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən verilən məlumata görə, Fərmana uyğun olaraq xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək. Bununla bağlı, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısı iki ay müddətində müvafiq qurumlarla birgə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edəki ki, mövcud olan 798 sahə baytarlıq məntəqəsinin 2022-ci ilin sonunadək ləğv edilməsi, eyni zamanda bu sahədə çalışan baytar həkimləri və feldşerlərlə xidməti müqavilələrin bağlanması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmi müvafiq qurumlarla birgə hazırlanıb, iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunacaq.
“Fərmanda qeyd edilən əsas məsələlərdən biri baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlığının artırılmasıdır. Bununla əlaqədar, baytarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquq şəxslərin peşəkarlılığının, bilik səviyyəsi və sayının artırılması ilə bağlı təkliflər müvafiq qurumlarla birgə hazırlanıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək”, - deyə məlumatda vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 11 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
16 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)



