Karantin rejimi Azərbaycana avtomobil idxalını da vurub
2020-ci ilin yanvar-aprel dövründə Azərbaycana 201 milyon 420 min dollar dəyərində 17 min 196 ədəd avtomobil idxal edilib.
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin ilk 4 ayı ilə müqayisədə 2020-ci ilin ilk 4 ayında avtomobil idxalı təxminən 47% artıb. 2019-cu ilin yanvar-aprel dövründə Azərbaycana 11 min 695 ədəd avtomobil idxal edilmişdi.
İlk 4 ayda ölkəmizə 16 min 20 ədəd minik avtomobili, 69 ədəd avtobus, 1 048 ədəd yük avtomobili və 59 ədəd xüsusi təyinatlı avtomobil idxal edilib.
2020-ci ilin aprel ayında 1704 ədəd avtomobil idxal edilib. Bu il yanvarda 5 906 ədəd, fevralda 5 641 ədəd, martda isə 3 945 ədəd avtomobil idxal edilmişdi. Mart ayı ilə müqayisədə Apreldə avtomobil idxalı 2,3 dəfə azalıb. Beləliklə, koronovirusun qarşısının alınması üçün tətbiq edilən karantin rejimi avtomobil satışlarına mənfi təsir edib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
49 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























