“İstifadəçilərimizin sayı 530 mini keçib, dayanmadan böyüyürük”
Naina Mehdiyeva: “Yaxın zamanda Hesab.az saytında funksional yenilikləri etməyi, bir çox sahələrdə yeni xidmətləri təqdim etməyi və böyük şirkətlər ilə əməkdaşlıqlar həyata keçirməyi planlaşdırırıq”.“QoldenPey” ASC-nin İdarə Heyətinin Sədri Naina Mehdiyeva ilə müsahibə
-Hazırda koronavirus pandemiyası dövründə Azərbaycanda nağdsız ödənişlərin statistikasını necə dəyələndirirsiniz?
-Bildiyimiz kimi, koronavirus pandemiyası dövründə dünyada və eyni zamanda ölkəmizdə də müştəri ilə ünsiyyətin minimuma endirilməsi, bir sıra fəaliyyətlərin məhdudlaşdırılması fonunda tədbirlər görülmüşdür. Bu səbəbdən koronavirus pandemiyası zamanı mümkün olan bütün xidmətlərin onlayn həyata keçməsinə zərürət yarandı. Bu isə onlayn ödənişlər üzrə əməliyyatların artmasına səbəb olmuşdur.
-Ölkənin ən böyük onlayn ödəmə platforması olaraq, sizdə hansı statistika müşahidə edilir?
-Qeyd edək ki, portalımızda həm maliyyə baxımından, həm xidmətlər və istifadəçi sayı olaraq da müsbət bir artım tempi müşahidə edilir. Beləki, 2019-ci ilin dekabr ilə müqayisədə 2020-cu ilin aprel ayında qeydiyyatlı istifadəçi sayı 8% artmışdır. Hazırda isə qeydiyyatlı 530 mindən çox yetərincə böyük istifadəçi kütləsi ilə dayanmadan böyüyən bir sistemə çevrilmişik. Rəqəmlərdən də göründüyü kimi say etibariylə ciddi artım nəzərə çarpır. Bundan əlavə, qeyd edə bilərik ki, onlayn ödənişlərin önəmi pandemiya dövründə daha da üzə çıxdı, və biz, Azərbaycanın ilk onlayn ödəmə portalı olaraq, bu dövrdə də istifadəçilərimizə keyfiyyətli xidmət göstəririk. Hesab.az kollektivi olaraq, pandemiya dövründə evdən işləmə şəraitinə keçdik və Müştəri xidmətlərimiz və sosial media kanallarımız vasitəsilə istifadəçilərimizin müraciətlərini cavablandırırıq. Eyni zamanda, portalımızda istifadəçilərimiz üçün koronavirus ilə bağlı ən son məlumatları əks etdirən bölmə və ianə üçün “Koronavirusla Mübarizəyə Dəstək Fondu” xidmətini əlavə etdik.
-2019-cu ildə və 2020-ci ilin aprel ayına kimi Hesab.az istifadəçilərinə hansı yeniliklərini təqdim etdi?
- Azərbaycanda hazırda ciddi bir kütlə tərəfindən seçilən şirkətik. Buna əsaslanaraq, biz onlayn ödəmə sahəsində yenilik və innovasiyaları ilə seçilən, müasir texnologiyalar və funksiyalar vasitəsilə istifadəçilərin həyatını asanlaşdırmaq üçün ötən ilin sonunda Hesab.az-ın yeni dizaynı təkmilləşdirdik, QR kod ilə ödənişlər, avtomatik ödəniş və kartların Masterpass altında saxlanılması funksiyaları, səyahət sığortası və parking ödənişlərini əlavə etdik və beləliklə Hesab.az portalını daha istifadəçi yönümlü hazırladıq. Bu ilin aprel ayında isə çoxdandır gözlənilən loyallıq proqramı olan, “Qazananlar Klubu”nu istifadəçilərimizə təqdim etdik. Bundan əlavə, portalımızda xidmətləri həm funksional həm də növ baxımından genişləndirdik. Məsələn, istifadəçilərimiz Hesab.az-da artıq muzey,kino, konsert və sair tədbir biletlərini də rahatlıqla əldə edə bilərlər.
-Hesab.az platformanısın inkişafı üçün gələcəyə hansı planlarınız var?
- Gələcəkdə biz fərqli iş sahələrinə daxil olmaq və istifadəçilərimizin bütün onlayn xidmətləri əldə edə bilmələri üçün bir məkana çevrilməyi hədəfləyirik. Yaxın zamandaHesab.az saytında funksional yenilikləri etməyi, bir çox sahələrdə yeni xidmətləri təqdim etməyi və böyük şirkətlər ilə əməkdaşlıqlar həyata keçirməyi planlaşdırırıq.
-Gələcəkdə onlayn ödəniş və onlayn xidmətlərin Azərbaycanda inkişaf etməsini necə dəyərləndirirsiniz?
- Bu gün onlayn ödənişlər ölkəmizdə olduqca sürətlə inkişaf edir, bu baxımdan qeyd edə bilərik ki, qlobal tendensiyalarla ayaqlaşa bilirik. Bu gün banklar və digər şirkətlər onlayn ödənişlərin vacibliyini başa düşür və inkişafı üçün səy göstərirlər. Bu səbəbdən bazarda artım öncəki illərə nisbətən daha sürətlə gedir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















