Veysəloğlu Şirkətlər Qrupu SAP-ın tətbiqinə başlayıb
Veysəloğlu Şirkətlər Qrupu, SAP S/4HANA platforması əsasında genişmiqyaslı rəqəmsal transformasiya layihəsinə başlayıbAzərbaycanın ticarət və distribyutorluq bazarının liderlərindən biri olan Veysəloğlu Şirkətlər Qrupu yeni İT strategiyası çərçivəsində istehsal və biznes proseslərini SAP S/4HANA rəqəmsal platformasına keçirməyi planlaşdırır.
Növbəti 5 il ərzində həyata keçirilməsi nəzərdə tutulan transformasiya layihəsi qrupun bütün aktivlərinə şamil olunacaq.
“Bu gün şirkət qarşısında duran əsas vəzifə nəinki yalnız bazarda liderliyini qorumaq, həmçinin biznesin daha da inkişafı üçün zəruri dəyişiklikləri tətbiq etməkdir”, - Veysəloğlu Şirkətlər Qrupunun İdarə heyətinin üzvü Natəvan İbrahimova deyib
O, “Hal-hazırda şirkətlərimizdə bir-birindən asılı olmayan, müstəqil ERP sistemlərinin istifadəsi strateji qərarların qəbul etmə prosesini ləngidir və proseslərin məhsuldarlığını azaldır. Məhz buna görə biz biznesin idarəolunmasına və aktiv inkişafına effektiv dəstək verə biləcək bir rəqəmsal platformanı seçdik”, - əlavə edib.
Biznes üçün rəqəmsal nüvə olan SAP S/4HANA, şirkətin xarici çağırışlara cəld reaksiya verməyə kömək edir. Platforma real vaxtda böyük həcmdə məlumatlarla işləməyə və biznes modellərini asanlıqla yenidən təşkil etməyə imkan verir. SAP S/4HANA, iş proseslərinin uyğunlaşdırılması, həmçinin maşın öyrənməsinə və süni intellektə əsaslanan yenilikçi həll yollarının həyata keçirilməsi üçün çevik imkanlar təqdim edir.
“Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Respublikasının ticarət və distribyutorluq bazarında fəaliyyət göstərən ilk şirkətlərindən biri olub. S/4HANA platforması şirkətin bütün əməliyyat sistemlərinin etibarlı şəkildə işlədiyindən əmin olmağa, eləcə də biznesin aktiv şəkildə inkişaf etdiyini nəzərə almaqla zəruri prosesləri tez və səmərəli şəkildə genişləndirməyə imkan verəcəkdir”, - SAP Azərbaycan şirkətinin İcraçı direktoru Rüfət Hacıəlibəyov bildirib.
25 ildir fəaliyyət göstərən və ölkənin iri şirkətlərindən olan Veysəloğlu Şirkətlər Qrupunda 14 min işçi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
48 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)











.jpg)



