Karantin dövründə 100-dək sahibkar Unibankda onlayn hesab açıb
“Unibank”ın banka gəlmədən onlayn hesab açmaq xidməti fərdi sahibkarlar tərəfindən çox müsbət qarşılanıb. Xüsusi karantin rejimində biznes sahiblərinə dəstək məqsədilə istifadəyə verilən bu xidmət, onlarla sahibkara banka gəlmədən, evində oturaraq, dəqiqələr ərzində onlayn bank hesab açmaq imkanı yaradıb.
“Unibank”ın onlayn hesab açmaq xidmətindən istifadə edən sahibkarlar xidmət haqda nə düşünürlər:
Amil Qurbanov: “Sumqayıtda qalıram. İnternetdə “Unibank”ın onlayn hesab xidməti haqda xəbəri oxuyan kimi müraciət etdim. Müraciətim elə karantin rejiminin ilk günlərinə təsadüf edib. Evdə oturaraq, çox qısa müddətdə, həm də yüksək səviyyədə xidmət oldu”.
Rənaxanım Rzayeva : “Yaşım 65-dən yuxarıdır. Karantin rejimi ilə əlaqədar evdən çıxmağın mümkün olmadığı bir vaxtda, “Unibank”ın bu xidməti çox köməyimə çatdı. Belə mükəmməl xidmətə görə təşəkkürümü bildirirəm.
Bahəddin Əlimərdanov: “Qısa müddət üçün Rusiyaya gəlmişdim, pandemiya ilə əlaqədar Bakıya qayıda bilmədim. Belə bir çətin vəziyyətdə bu xidməti təmin etdiyiniz üçün çox sağ olun!”
Elgün Abdullayev: Şəkidə yaşayıram. Filiala getmişdim, sıxlıq idi və pandemiya ilə əlaqədar filialın daxilinə növbə ilə buraxırdılar, çöldə gözləyən zaman bank əməkdaşı məlumat verdi ki, ASAN imzası olanlar evdən onlayn bank hesabı aça bilərlər. Evə qayıdıb onlayn müraciət etdim. Sonra videozənglə əlaqə saxladılar. Hesabımı qısa müddətdə açdılar, rekvizitləri də özümə göndərdilər”.
Polad Budaqov: Karantin günlərində 2 saatlıq icazə alıb bank filialına gedib hesab açmaq çox çətin idi. Həm yol, həm filialda gözləmək vaxt alırdı. “Unibank”ın bu xidməti haqda eşidən kimi onlayn müraciət etdim və qısa müddətdə, çox rahat şəkildə bank hesabımı açdılar”.
“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:
- Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;
- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;
- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;
- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
4 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
15 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Ən çox oxunanlar
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb





.jpg)









.jpg)




