"Rusiyaya hər gün 400-500 ton kartof göndəririk"
Cəlilabad kartofunun 80%-i Rusiyaya göndərilirCəlilabadda kartofun kütləvi yığımı davam edir. Builki məhsuldarlıq fermerlərin ürəyincədir. Tədarük edilən kartofun hər gün təxminən 400-500 tonu Rusiya bazarlarına göndərilir.
Rayonda yazlıq məhsul üçün əkilən 5300 hektara yaxın kartof sahəsinin bu günədək 70 faizində yığım başa çatıb. Vegetasiya müddəti başa çatmayan sahələrdə isə son suvarma işləri görülür. Hazırda hər hektardan 27-28 ton kartof götürən fermerlər məhsuldarlıqdan razıdırlar.
Uzun illərdir kartofçuluq sahəsində çalışan rayonun Ocaqlı kənd sakini, fermer Nizami Məmmədovun sözlərinə görə, bu il daxili bazarla yanaşı, xaricə də göndərmək üçün bol məhsul var: “15 gündür ki, Rusiya bazarlarına, Ukrayna, Gürcüstan və Bakıya kartof göndəririk. Sahələrdə bol məhsul var”.
Fermerlər bildirirlər ki, istehsal olunan məhsulun 80 faizə yaxını Rusiya bazarlarına göndərilir. Mövsüm başlanandan bəri xaricə 35 min tona yaxın Cəlilabad kartofu çıxarılıb.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Mübariz Nadirov qeyd edib ki, hələ vegetasiya dövrünü başa vurmamış kartof sahələri var: “Kartofun qiyməti 70-80 qəpik arasında dəyişir. Məhsul bolluğu bu gün fermerləri qane edir. Hər hektardan 30 tonadək məhsul götürülür ki, bu da, ona çəkilən xərci ödəməklə yanaşı, əlavə qazanc əldə etməyə imkan verir”.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
5 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























