“Cənub Qaz Dəhlizi” QSC-nin gəlirləri artıb
“Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə 12 milyard 655 milyon ABŞ dolları təşkil edib.Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,78% azdır.
Bu barədə şirkətin 2019-ci ilin auditi aparılmış, konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.
2019-cu ildə CQD-nin uzunmüddətli aktivləri 2,46% artaraq 12 milyard 327 milyon ABŞ dolları, cari aktivləri isə 61% azalaraq 328 milyon 382 in ABŞ dolları olub.
Hesabat dövründə şirkətin cəmi uzunmüddətli öhdəlikləri 1,4% artaraq 9 milyard 119 milyon ABŞ dolları, cari öhdəlikləri isə 30,8% azalaraq 327 milyon 70 min ABŞ dolları, cəmi kapitalı isə 6% azalaraq 3 milyard 209 milyon ABŞ dollar təşkil edib.
Hesabat dövründə şirkətin gəlirləri 78,5% artaraq 452 milyon 610 min ABŞ dolları, ümumi mənfəəti isə 70% artaraq 205 milyon 335 min ABŞ dolları olub.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.
“Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























