“AzerGold” tərəfindən Şadax kəndinə yeni su xətti çəkilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət göstərdiyi “Çovdar” filiz emalı sahəsinə yaxınlıqda yerləşən kəndlərdə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində daha bir addım atıb.
Belə ki, Daşkəsən rayonunun Şadax kəndinin sakinlərinin müraciəti əsasında yaşayış məntəqəsinə yaxın mənbədən götürülən su nümunələrinin tərkibi müvafiq laboratoriyada yoxlanılaraq standartlara uyğunluğu təsbit edildikdən sonra yeni su xəttinin çəkilməsi və bulağın inşa edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qərarə əsasən, Cəmiyyət tərəfindən suyun mənbə hissəsində toplanması məqsədilə ərazidə 15 m³ tutumlu xüsusi anbar inşa edilmişdir. Daha sonra təqribən 2000 metr məsafədən su xəttinin çəkilməsi və yeni bulağın istifadəyə verilməsi ilə kənddə mövcud su probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə vermişdir.
Qeyd edək ki, layihə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan təmiz suyun hərkəs üçün əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən və ölkəmizin də könüllü olaraq qoşulduğu qlobal fəaliyyətə, qəbul etdiyi milli inkişaf prioritetlərinə əlavə töhfə vermək məqsədi daşıyır.
Ümumilikdə, “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip tədbirlər sosial yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir. Xatırladaq ki, ötən ilin aprel ayında ayında Cəmiyyət tərəfindən Daşkəsən rayonunun Çaykənd kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni su xətti çəkilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır






.jpg)







.jpg)




