"Yaxın dörd ildə 450-500 min ton üzüm istehsal etmək olar"
Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində üzümçülüyün inkişaf etdirilməsinin vacibliyindən danışarkən deyib:
“Biz indi üzümçülüyü bərpa etməliyik və bərpa edirik. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir. Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə, üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır. Məndə olan məlumata görə, keçən il ixrac artıb. Ancaq əgər biz rəqəmlərə baxsaq görərik ki, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində. Biz buna da nail olmalıyıq. Üzümçülüyün, şərabçılığın inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq”.
Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü Tariyel Pənahov yüksək ixrac potensialına malik üzümçülük sahəsinin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis bildirib ki, Prezidentin müşavirədə qarşıya qoyduğu vəzifələr tam reallıqdır.
Tariyel Pənahov deyib: “Bu gün ölkəmizdə 16 min 500 hektar üzüm plantasiyası var. Aparılan hesablamalar göstərir ki, kənd təsərrüfatının aparıcı sahəsi kimi bu gün üzüm sahələrinin respublikada ən azı 50 min hektara, şərab istehsalının isə 30-35 mln dal/l çatdırılması reallıqdır. Bu hədəfə nail olmaq üçün üzümçülük süfrə və texniki sortlar üzrə rayonların spesifik şəraitinə uyğun olaraq ixtisaslaşdırılmalıdır. Bütün regionlar üçün sortlar yerli şəraitə uyğun seçilib yerləşdirilməli, onların aqrotexnikası da bölgələr üzrə müəyyən normativlərə uyğun hazırlanıb istehsalata təqdim edilməlidir”.
Prezident İlham Əliyevin üzümçülüyün inkişafı ilə bağlı verdiyi tapşırıqlar və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ilə əlaqədar olaraq 2020-ci ilədək ölkədə 50 min hektar yeni üzüm bağlarının salınması nəzərdə tutulur. Bu barədə danışan Tariyel Pənahov bildirib ki, bunun üçün əkin sxemindən asılı olaraq 100 milyon ədəddən çox keyfiyyətli, məhsuldar, xəstəliklərə davamlı üzüm sortları tingi tələb olunur. Digər tərəfdən respublikada yerli üzüm sortlarının qorunub saxlanılmasına, üzümlüklərin uzunömürlülüyünün təmin edilməsinə, fitosanitar vəziyyətin yaxşılaşdırılması üçün fillokseraya davamlı, qiymətli yerli üzüm sortlarından ibarət calaq əkin materialına böyük tələbat var. Bu tədbirlərin uğurla həyata keçirilməsi baxımından Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun nəzdində calaq ting istehsal edən emalatxananın yaradılması, qiymətli yerli sortlardan və fillokseraya davamlı sortlardan ibarət calaqaltı və calaqüstü bağların salınması zəruridir.
Tariyel Pənahov Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda alim və mütəxəssislərin iştirakı ilə Mərkəzi Dequstasiya Komissiyasının formalaşdırılmasının, rəqabətqabiliyyətli emal məhsullarının yaradılmasının, üzümçülük və şərabçılığın ölkəmizdəki zəngin tarixinin, qədim ənənələrin, qiymətli milli üzüm və şərab növlərinin təbliğinin, bu sahədəki innovasiyaların mənimsənilməsi və tətbiqi məqsədilə beynəlxalq dequstasiyaların, seminarların və sərgilərin təşkilinin ümumi işə töhfə verə biləcəyini deyir.
“Hesab edirik ki, üzüm-şərab istehsalında olan potensial imkanlara yenidən baxılmasına ehtiyac var. Təcrübə göstərir ki, bütün hallarda kiçik istehsalçılar və xırda kəndli təsərrüfatları az torpaq sahələrində böyük miqdarda və lazımi məhsulları əldə etmək iqtidarında deyillər. Bu da nə sahibkarlar, nə də dövlət üçün iqtisadi cəhətdən sərfəli sayılmır. Əl əməyinə əsaslanan belə təsərrüfatlar üzümlüklərin müasir aqrotexniki üsulla becərilməsinə sərf etdikləri maya dəyəri müqabilində səmərə götürə bilmirlər. Ölkədə ən az vəsait sərf etməklə, ilk növbədə, 50 min hektar sahədə üzüm plantasiyası salmaqla yaxın dörd ildə təxminən üç dəfə artıraraq 450-500 min ton üzüm istehsal etmək olar. Bu, həm də 30-35 mln dal/l şərab materialı deməkdir. Nəticədə ilboyu işləyəcək şərab zavodlarında 50-60 min nəfər iş yeri ilə təmin olunar”, - deyə mütəxəssis bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 d. əvvəl
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
- 14 d. əvvəl
- 19 d. əvvəl
-
27 d. əvvəl
"Alphabet" şirkəti "Intersect Power"ı 4,75 milyard dollara satın alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Elektron siqaretlər qadağan olunur - Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Ən çox oxunanlar
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)


