Azərbaycan Rusiya ərazisindən Qazaxıstana yüklərin nəqlinə başlayıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb.
Şirkətin yaydığı məlumata görə, Azərbaycanın ixrac potensialının artırılmasına yönəlmiş növbəti layihənin gerçəkləşdirilməsində bir sıra yeniliklər tətbiq edilib. Yeniliklər həm yük növünə həm də seçilən marşruta aiddir.
Bu dəfə ADY Express “SOCAR POLYMER” MMC-nin istehsal etdiyi polipropilen məhsulu Qazaxıstana nəql edib. Əvvəlki daşımalardan fərqli olaraq, marşrut Xəzər dənizi vasitəsi ilə yox, Rusiya ərazisindən keçib. Belə ki, ADY Express şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstanın Almatı və Kokşetau şəhərlərinə çatdırılıb. Yeni marşrutun əsas üstünlükləri, sürət və nəqliyyat növünün dəyişməməsi olub.
Test rejimində nəql olunan yüklərin ilk partiyası artıq təyinat nöqtəsinə çatdırılıb. Uğurla keçən nəqliyyat prosesi, layihənin davamlı olacağına əminlik yaradıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























