“Rabitəbank”dan təkrar müştərilər üçün endirimli istehlak krediti
“Rabitəbank” ASC təkrar müştəriləri üçün “Rabitəbanklıyam” məhsulunu təqdim etdi.(®️) Bu məhsul sayəsində “Rabitəbank”a nağd kredit üçün yenidən müraciət edən müştərilər maksimum 15.000 AZN deyil, 20.000 AZN məbləğində kredit əldə edə biləcəklər. Kreditin müddəti 3-36 ay təşkil edir. “Rabitəbank”lı müştəri hansı kredit məhsulundan faydalanmaq istəyəcəksə, həmin məhsulun cari illik faizinə -1% endirim şamil olunacaq. Üstəlik daha öncə “Rabitəbank”dan zaminlə əldə edilmiş kredit məbləğini təkrar müraciət zamanı zaminsiz olaraq əldə etmək imkanı da təqdim edilir.
“Rabitəbanklıyam” məhsulundan yararlanmaq istəyən təkrar müştərilərin əgər başqa bankda aktiv krediti varsa, kredit digər bankdakı kreditin bağlanması şərtilə verilə bilər.
Banka gəlmədən və əlavə vaxt sərf etmədən “Rabitəbanklıyam” məhsuluna rabitabank.com rəsmi veb-saytından onlayn müraciət etmək mümkündür. Ətraflı məlumat üçün bankın 133 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 34 d. əvvəl
-
- 47 d. əvvəl
-
53 d. əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
-
1 saat əvvəl
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
-
2 saat əvvəl
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
Ən çox oxunanlar
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Tramp: FED-in faiz artırması yanlış olar
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib



















